Brend geyimlərin online satıldığı yerli alış-veriş saytı - goods.az
Tech-Biznes
Startup və Biznes
e-ticaret
07.05.2017
Farid Pardashunas
Son illərdə
Azərbaycanda elektron ticarətin inkişaf etdirilməsi diqqət mərkəzindədir.
Ümumiyyətlə dünyada "e-commerce” üzrə
ticarət dövriyyəsi çox yüksəkdir. Elektron ticarət insanların həyatını
asanlaşdıran ən əsas amillərdən biridir. Artıq siz evinizi tərk etmədən, əlavə
enerji sərf etmədən, evinizdən zövqünüzə uyğun məhsulları sifariş edərək əldə
edə bilərsiniz. Ebay, Amazon, Aliexpress kimi iri elektron ticarət dövriyyəsinə
malik olan saytlar kifayət qədər məşhurdur. Bu saytlar satıcılar və alıcılar
arasında vasitəçi olmaqla satışdan müəyyən qədər faiz əldə edirlər.
Bəs yerli bazarda bu tip xidmət göstərən saytlar varmı? Hansı saytlara güvənə bilərik?
Bu gün sizə yerli startup olan goods.az haqqında
məlumat verəcəyik. Azərbaycanda elektron ticarəti inkişaf etdirmək məqsədilə
yaradılmış bu layihə digər yerli e-ticarət saytlardan fərqli olaraq sırf keyfiyyətli məhsulları öz müştərilərinə
təklif edir. Ən əsas fərq isə goods.az digər
saytlar kimi vasitəçi rolunu oynamır. Müəyyən məhsul bazasına sahib olan bu
sayt bütün məhsulları özü satır və satıcılar üçün vasitəçilik funksiyasını həyata
keçirmir. Beləcə, məhsulla bağlı problem olduqda bir başa hər hansı bir satıcı
yox məhz goods.az məsuliyyət daşıyır. Daha bir diqqət ediləsi məqam isə məhsulun
keyfiyyətidir. Son zamanlar çox ucuz və əsasən
çin istehsalı məhsulları satan e-ticarət saytlarının çoxalması bazarda bu tip
saytlara inamın azalmasına səbəb olub. Goods.az rəqiblərindən fərqli olaraq
keyfiyyətli və dünyaca məşhur brendlərin məhsullarını yerli müştərilərə təklif edir.
300-dən çox kateqoriya və 500-dən çox brendə sahib olan bu saytdan istifadə və ödəniş etmək çox rahatdır. Bu sayt vasitəsilə Kotton, Defacto, LC-wakiki, Abdullah Kığılı, COLİNS, Jack
Jones, Lacoste, Levi’s , Nike, Puma və s. kimi brendlərin məhsullarını
sifariş edə bilərsiniz. Sayt Azərbaycan və Rus dilində təqdim olunur. Saytda
qadın, kişi, yetkin, uşaq və körpələr üçün geyim çeşidləri yerləşdilib. Sifariş
və ödəniş həyata keçirildikdən sonra qeyd olunan müddət ərzində məhsulunuz
qapınıza qədər çatdırılır və sizə təhvil verilir. Eyni zamanda sürətli daşma
xidməti ilə Gəncə, Şəmkir, Quba, Şəki, Qəbələ, Lənkəran və digər bölgələrə
çatdırılma mümkündür.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
Huawei Pura 70 və Pura 70 Pro təqdim olunublar - QİYMƏTİ
WhatsApp-da AirDrop analoqu istifadəyə veriləcək