main-post-cover

    Brend geyimlərin online satıldığı yerli alış-veriş saytı - goods.az

    Tech-Biznes
    Startup və Biznes
    e-ticaret
    07.05.2017
    Farid Pardashunas
    Son illərdə Azərbaycanda elektron ticarətin inkişaf etdirilməsi diqqət mərkəzindədir. Ümumiyyətlə dünyada "e-commerce” üzrə ticarət dövriyyəsi çox yüksəkdir. Elektron ticarət insanların həyatını asanlaşdıran ən əsas amillərdən biridir. Artıq siz evinizi tərk etmədən, əlavə enerji sərf etmədən, evinizdən zövqünüzə uyğun məhsulları sifariş edərək əldə edə bilərsiniz. Ebay, Amazon, Aliexpress kimi iri elektron ticarət dövriyyəsinə malik olan saytlar kifayət qədər məşhurdur. Bu saytlar satıcılar və alıcılar arasında vasitəçi olmaqla satışdan müəyyən qədər faiz əldə edirlər.

    Bəs yerli bazarda bu tip xidmət göstərən saytlar varmı? Hansı saytlara güvənə bilərik?
     
    Bu gün sizə yerli startup olan goods.az haqqında məlumat verəcəyik. Azərbaycanda elektron ticarəti inkişaf etdirmək məqsədilə yaradılmış bu layihə digər yerli e-ticarət saytlardan fərqli olaraq sırf keyfiyyətli məhsulları öz müştərilərinə təklif edir. Ən əsas fərq isə goods.az digər saytlar kimi vasitəçi rolunu oynamır. Müəyyən məhsul bazasına sahib olan bu sayt bütün məhsulları özü satır və satıcılar üçün vasitəçilik funksiyasını həyata keçirmir. Beləcə, məhsulla bağlı problem olduqda bir başa hər hansı bir satıcı yox məhz goods.az məsuliyyət daşıyır. Daha bir diqqət ediləsi məqam isə məhsulun keyfiyyətidir. Son zamanlar çox ucuz və əsasən çin istehsalı məhsulları satan e-ticarət saytlarının çoxalması bazarda bu tip saytlara inamın azalmasına səbəb olub. Goods.az rəqiblərindən fərqli olaraq keyfiyyətli və dünyaca məşhur brendlərin məhsullarını yerli müştərilərə təklif edir. 300-dən çox kateqoriya və 500-dən çox brendə sahib olan bu saytdan istifadə və ödəniş etmək çox rahatdır. Bu sayt vasitəsilə Kotton, Defacto, LC-wakiki, Abdullah Kığılı, COLİNS, Jack Jones, Lacoste, Levi’s , Nike, Puma və s. kimi brendlərin məhsullarını sifariş edə bilərsiniz. Sayt Azərbaycan və Rus dilində təqdim olunur. Saytda qadın, kişi, yetkin, uşaq və körpələr üçün geyim çeşidləri yerləşdilib. Sifariş və ödəniş həyata keçirildikdən sonra qeyd olunan müddət ərzində məhsulunuz qapınıza qədər çatdırılır və sizə təhvil verilir. Eyni zamanda sürətli daşma xidməti ilə Gəncə, Şəmkir, Quba, Şəki, Qəbələ, Lənkəran və digər bölgələrə çatdırılma mümkündür.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər