main-post-cover

    Bu ağıllı güzgü texnologiya həvəskarlarının evində mütləq olmalıdır.

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas
    Texnologiya dünyasının bu qədər inkişaf etməsi gündəlik istifadəyə yararlı bir çox cihazın "ağıllı" olmasına imkan verir. Ağıllı telefonlar, saatlar, soyuducular, tozsoronlar və indi də ağıllı güzgü. Ağıllı güzgü sizə necə kömək edə bilər? Bilmirik. Amma dəqiqliklə deyə bilərik ki, bu güzgü vanna otağının əsas bölməsində çox gözəl görünür. 


     
    Google-ın proqramlaşdırma direktoru Max Braun-un hazırladığı ağıllı güzgü hava haqqında məlumat verir, saatı göstərir və eyni zamanda kalendara baxıb yaxın zamanlarda baş tutacaq tədbirlərdən sizi xəbərdar edir. Braun-un dediyinə görə o Google-ın "Google Now" xidmətini də ağıllı güzgü ilə uyğunlaşdıracaq. 
     
    Braun bu güzgünü boş vaxtında darıxmamaq üçün hazırlayıb, yəni satışda yoxdur. Amma əminik ki, bizim kimi bir çox texnologiya həvəskarı evində belə bir güzgü istəyərdi.
    Linki kopyala