main-post-cover

    Bu cihaz vasitəsilə insanlar gitarada daha tez və rahat ifa etməyi öyrənəcəklər (VİDEO)

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas

    Əgər siz gitarada ifa etməyi istəyirsinizsə onda xüsusi kurslara gedə və ya online dərslər ala bilərsiniz.

    Lakin əgər bu üsullar sizin üçün çətindirsə onda sizlərə Indiegogo platformasında təqdim edilmiş yeni layihəni təqdim edirik. Belə ki, FretX adlı yeni layihə, gitarada ifa etməyi öyrədən kiçik cihazdır. Cihaz, gitara qriffin üzərinə yerləşdirilən xüsusi astardan və mobil tətbiqdən ibarətdir. Gitara simlərinin alt hissəsində yerləşən kiçik rəngli işıq diodları, düzgün notların alınması üçün barmaqları harda yerləşdirmək lazım olduğunu göstərirlər. Mobil tətbiqin bazasında 93 əsas akkord vardır. Həmin akkordları öyrənəndən sonra siz istənilən musiqini ifa edə bilərsiniz. Bundan əlavə olaraq tətbiqin öz musiqiləri də var və FretX həmin musiqiləri ifa etməyinizdə siz köməklik edəcək. Həmçinin istifadəçi tətbiq sayəsindən istədiyi musiqini YouTube-da tapıb onu öyrənə bilər. FretX-ı Indiegogo-dan 69$-a almaq olar.
     
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər