

Peel P50, Peel Engineering Company tərəfindən 1962-1965 illəri arasında istehsal edilən tək nəfərlik üç təkərli bir mikro avtomobil.
Avtomobil 2010 Guinness Rekordlar Kitabında ən kiçik avtomobil olaraq yer alıb. Avtomobil 4.2 at gücündə 49 cc həcmində mühərrikə sahibdir. Sürəti isə 61 km/saat-dır.
Avtomobilin arxa çarxı yoxdur, geriyə aparmaq üçün arxa hissədə olan xrom qoldan tutub çəkmək lazımdır.




Şərh yoxdur