main-post-cover

    Bu da oldu! Amerikalı bir nəfər iPhone-u ilə evləndi! (VİDEO)

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas
     
     
     

    Son vaxtlar telefona olan sevgimizin artığı bir dövrdə bir nəfər bunu daha irəli apararaq Amerikada iPhone-u ilə evləndi.

    Demək olar əksər xəbərlərimizdə bu cümləni yazırdıq: "texnologiyanın inkişafı telefonları həyatımızın ayrılmaz parçasına çevirib". Deyəsən bu tip cümlələri ciddiyə alanlar da var. Hər nə qədər bir cihaz olsada bütün günü əlimizdən düşməyən telefonlar əslində kommunikasiya yaratmaq və həyatımızı asanlaşdırmaq üçündür. Lakin bu mövzunun dibinə gedən bir nəfər "madam ki, telefon həyatımızın ayrılmaz parçasıdır, telefonla evlənim ailə həyatı qurum" - deyərək qəribə bir qərar verib. Amerika vətandaşı olan Aaron Chervenak öz iPhone-nuna olan sevgisini rəsmiləşdirmək qərarına gələrək telefonla nigaha girib. 

    Bu ağıl almaz hadisə ABŞ-ın Neveda əyalətində Las Vegas-da baş verib. iPhone 6s modeli ilə ailə həyatı qurmaq üçün Los Angeles-dən, Las Vegas-a gələn Aaron Chervenak 20 may tarixində iPhone 6s ilə evlənib. Açıqlamasında isə Aaron Chervenak-ın məqsədinin pis olmadığını görmək olar. Aaron Chervenak qeyd edir: " İnsanlar telefonları ilə 7/24 birlikdə yaşayırlar, telefon ilə yatıb, telefon ilə oyanırlar. Çox insanlar yuxudan oyanan zaman ilk olaraq telefonu əlinə alıb, internetə qoşulurlar." Aaron Chervenak telefonla evlənməklə bu məsələni ictimailəşdirmək və ön plana çıxarmaq istəyib.


    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər