main-post-cover

    Bu dəfə də Elektron Siqaret partladı!

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas

    Ağıllı telefonların partlama xəbərlərini eşitməyə alışqın olduğumuz bu günlərdə bir xəbərdə e-siqaretlər barədə gəldi. ABŞ-da bir nəfərin elektron siqareti cibində partladı!

    Günümüzdə ən pis alışqanlıqlardan biri olan siqaretin texnoloji alternativi olan elektron siqaret, siqaret istifadə edənlərin arasında getdikcə məşhurlaşan bir cihazdır.  Keçdiyimiz günlərdə ortaya çıxan bir hadisədən sonra, uzun zamandır partlama xəbərləri ilə gündəmə gələn ağıllı telefonların yerini elektron siqaretlər alacağa oxşayır. 
    ABŞ-da reallaşan hadisədə, Otis Gooding adlı bir şəxsin cibində olan elektron siqaret birdən partladı və ətrafda olan hərkəsi qorxutdu. Partlamadan sonra şalvarının alovunu söndürməyə çalışan Otis Goodingin əli və barmaqları ciddi olaraq yandıPartlamadan sonra hadisəyə şahid olanlardan biri elektron siqaretin satın alındıqdan sonra inkişaf etdirilə bilindiyini, istifadəçinin voltajı artıraraq daha yüksək performans əldə etməyə çalışmış ola biləcəyini bildirdi. 

    Başqa elektron siqaretlər də partladı!

    Bir neçə gün əvvəl baş verən bu hadisədən sonra, daha əvvəl də bir neçə e-siqaretin partladığı öyrənildi. May ayında New York-da baş verən hadisədə, e-siqaretin gənc bir adam içərkən partladığı, adama ciddi şəkildə zərər vurduğu öyrənildi.
    Keçdiyimiz ay Alabamada reallaşan başqa bir hadisədə isə partlayan e-siqaret batareyasının bir gəncin üzünə zərər yetirdiyi öyrənildi. 
    Baxaq görək e-siqaretlərin partlama xəbərləri, smartfonların partlama xəbərləri kimi artaraq gəlməyə davam edəcək mi yoxsa elektron siqaret istehsalçıları bu mövzuya tez bir zamanda həll tapa biləcək mi? 

    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər