main-post-cover

    Bu dəhşətli virus şifrənizi dəyişdirir!

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas

    Trend Micro tərəfindən ortaya çıxarılan virusu digər viruslardan fərqləndirən ən önəmli cəhət həmin virusu silən zaman virusun sizin şifrənizi dəyişdirməsidir.

    Mobil platformada yeni yaranan viruslar sürətlə yayılmaqda davam edir. Android platformasını hədəf olan virus olduqca təhlükəlidir və virus bir Rus bankının mobil tətbiqində peyda olub. Play Store-dan yüklənən bu virus telefona düşən zaman stabil işləyir və heç bir şübhəli əməliyyatlar etmir. Lakin, sakit işləməsinə baxmayaraq bank tətbiqlərinə yoluxduğu üçün arxa planda sizin hesablarınızı oğurlayır.
     


    "Proqramı silim, canım qurtarsın" məntiqi ilə virusdan can qurtarmaq istəsəz, işin əsas tərəfi ortaya çıxır. Bela olaraq yaradılan bu virusu silən zaman virus sizin telefonu şifrələyir və mövcud şifrəni dəyişir. Telefon açıq olduğu müddətdə isə arxa planda bank hesablarınızı sözün əsl mənasında soyur. Bütün bunlar azmış kimi virusu dəhşətli edən bir xüsusiyyət də ondan ibarətdir ki, virus telefona yüklənən zaman Play Store tətbiqini klonlayır. Yəni Play store siması altında başqa bir tətbiq açılır və həmin tətbiq sizin telefona əlavə viruslu proqramlar yükləməyə kömək edir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər