
Bu günümüzə qədər olan ən yaxşı mobil telefonlar – Birinci Hissə
Elm & Texnologiya
07.05.2017
Farid Pardashunas
Gəlin birlikdə nostalji hisslər yaşayaq.
İlk iPhone-nun işıq üzü görməsindən 8 il keçir. Nokia artıq çoxdan bazarın lideri
deyil. Siemens və Sony Ericsson mobil brendləri artıq yoxdur. Windows Phone
istifadəçilər üçün maraqlı deyil. Və bazarda əsas rəqabət iOS və Android
cihazları arasında gedir.
Siemens SL45

Öz
vaxtının ən öndəgedən telefonların biri idi. 2000-ci ildə satışa çıxan telefon
mp3 playeri, diktofonu, Microsoft Outlook ilə sinxronizəsi və metallik korpusu
ilə digərlərindən fərqlənirdi. Telefon ilə birlikdə 32mb-lıq MultiMediaCard
alıcılara təqdim olunur.
Təkrar
edirik Siemens SL45 ilk mp3 playerə məxsus telefon idi. Telefonun çıxdığı gün
satış qiyməti 500$ idi.
Kimdə
var idi bu telefondan?
Siemens C55

Korpusu
dəyişilə bilən ilk telefonlardan biri. Çoxda yüksək olmayan qiyməti (180$) onu
tələbələr arasında məhşur etmişdi.
Sony Ericcson T68

Ilk rəngli
(256 rəng) ekrana malik GMS telefon. Bu fakt 2002-ci ilin əvvələrində bu modelə
dəhşətli dərəcədə məhşurluq gətirmişdi. Telefon ilə birlikdə onu qoşula bilən
fotoaparat almaq olardı. Başlanğıc üçün satış qiyməti 500$ idi
Siemens ME45

Nəm və
toz keçirtməyən korpus! Bu terminlə fərqlənən ilk telefonlardan biri. Alman
şirkəti öz qoruyucu korpusu olan M seriyasını genişləndirməyə davam edirdi. 350$-a siz bu telefona sahib ola
bilərdiz
HTC Touch

Bazarda
barmaqla işləməyə yararlı sensoru olan ilk telefonlardan biri. Xoşəgələn dizayn, xüsusi telefon üçün
yığılmış TouchFLO əməliyyat sistemi telefonu sevilənlər siyahısın əlavə edirdi.
Daha sonra Tayvan şirkəti Touch seriyasını genişləndirdi: Touch Dual, Touch
Diamond, Touch Diamond 2, HTC Touch Pro, Touch
Cruise
Seriyanın
bazarda satış qiyməti 650 $-dan başlayırdı.
Motorola RAZR V3

Telefon
bazarının ən baxımli və gözəl telefonlarından biri. Açılıb yığılan korpusu
(13.99mm), iki rəngli ekranı, daxili fotokamera ilə təchiz olunmuş telefon 800$
olmasına baxmayaraq milyonlarla satıldı. Yəginki iPhone-a qədər RAZR V3
qızların ən sevimli telefonu idi.
Samsung D500/D600/D900

Şəkildə
Samsung D900-dir. Samsungun D seriyası məhşur sliderı ilə milyonların rəğbətini
qazanırdı. O vaxt üçün mükəmməl ekranı və fotokamerası ilə bazarda rəqiblərini
çox geridə qoymuşdu. Onlar həqiqətən samsugun ən çox satılan telefonlarından
idi. Qiymətləri isə 500$-dan başlayırdı.
Nokia N95

Slider-lər
mövzünü davam etdirsək 2007-ci ilin ən öndəgedən telefonu olan Nokia N95
haqqında danışmaya bilmərik. Qısaca olaraq: Bahali, çox funksiyalı, ikili
slider. Telefonu yuxarı açdıqda klaviaturaya, aşağı açdıqda isə musiqi
playerinin düymələrinə yol açılırdı. Telefonda 5MPX-lik kamera, FM radio, MP3
player, microSD kart yeri hətta TV çıxışı belə var idi. Qiyməti isə diqqət 1200$
idi
Sony Ericsson
K750i/W800

2005-ci
ilin bestselleri. Sony Ericsson şirkətinin ən uğurlu modellərindən biri. K750i
ilk 2mpx kameraya sahib telefon idi. K750-in bazasında W800 telefonu istehsal olundu. Bu
yeni Walkman seriyasının
ilk telefonu idi. Bundan sonra telefonlar iki seriyaya: K – şəkil (Cyber-shot)
və W – musiqi (Walkman).Hər iki seriyanın özünə
məxsus dizaynı və izləyici kütləsi var idi. Qiymətlər isə "cib deşirdi”: 700$ və daha yuxarı.
Nokia 8800

Telefon
bazarının ən cazibədar və ən tanınan telefonu. 88xx seriyasına yaraşan tək söz –
Premium klass.
Paslanmaz
metaldan nazik korpus, ideal slider mexanizmi, müxtəlif modellərdə istifadə
olunan bahalı materiallar sahibinin statusunu göstərirdi. 88xx seriyasının özəlliklərindən
biri onun bütün musiqi fayllarının bəstəkar Ryuichi Sakamota tərəfindən bəstələnməsi
idi.
İstənilən
modeli 1000$-dan baha və təqribi yeni iPhone 6s qiymətinə olbu seriyanın hələ də
həvəskarları var.
Linki kopyala
Həftənin xəbərləri

