main-post-cover

    Bu Gördüyünüz Telefon, "Samsung"a Bir Gündə Dünyanın Zərərini Yaşatdı!

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas

    Galaxy Note 7, "Samsung"a həm müştəri məmnuniyyəti həm də şirkətin hissə dəyərləri mənasında böyük bir zərbə vurdu.

    "Samsung"un bir telefonun ən önəmli təchizat parçalarından olan batareyada etmiş olduğu istehsal səhvi, şirkət üçün çox təəssüf ki çox ağır nəticələr yaratdı. Partlama hadisələrini sizlərə çatdırmışdıq, hətta dünən 6 yaşındakı bir uşağın başına da bənzər hadisə gəlib. Son olaraq açıqlanan bir hesabatda, "Samsung"un hissə dəyərlərində də böyük bir enişin yaşandığını göstərir.
     
    Hesabata görə "Samsung", 2012-ci ildən bu yana hissə sənədlərinin gün içərisində ən böyük qiymət enişini yaşadı. 7.6% nisbətində olan bu gün içi eniş, şirkətin hissə dəyərlərinin bir gündə 19 milyard dollar düşməsinə səbəb oldu.
    "Samsung" əslində bu sıxıntının yaşanacağını təxmin etdiyi üçün tez tərpənmiş və bir neçə gün əvvəl Galaxy Note 7 almış bütün müştərilərinə xəbərdarlıq etmişdi. Hətta hazırda Note 7 üçün bu problemi həll edəcək, yeni bir batareya üzərində işlərə başladıqlarını da açıqlamışdı. Yenə də bu "üzr"lər və edilən düzəltmək səyləri, müştərilərinin inamını təkrar geri qazanmaq barədə "Samsung"un daha çox şey etməli olduğu reallığını dəyişdirməz. 
    Son olaraq analitiklər, Galaxy Note 7-nin şirkətə nəğd pul axışında yaşatdığı itkinin 5 milyard dollara yaxın olduğunu bildirirlər.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər