

Microsoft’un son nəsil əməliyyat sistemi Windows 10’un qurulduğu cihaz sayının 200 milyonu keçdiyi iddia olunub. WinBeta tərəfindən verilən bu rəqəmə görə Microsoft\'un ən son Noyabr ayında açıqladığı 110 milyonluq rəqəm 3 ayda 2yə qatlanıb. Bundan 5 ay əvvəl İyul ayında yayımlanan Windows 10’un ayda 40 milyon cihaza qurulduğu və Microsoft’un yeni iş modeli səbəbilə əvvəlki versiyalarla bu versiya arasında fərqləri hesablamağın çətin olduğu söylənilir. Çünki, Microsoft Windows 7 və Windows 8.1 istifadəçilərinə də ödənişsiz Windows 10 versiyasını təqdim edir. Microsoft’un 2018 hədəfi olan 1 milyard qurulum rəqəminə çatıb çatmayacağı isə maraqla gözlənilir.
Şərh yoxdur