

Bu il böyük ekranlara çıxacaq bir çox film hamı tərəfindən səbrsizliklə gözlənilir. Hamı həmin filmlərin yeni trailerlərini görəndə isə daha da səbrsiz halda gözləməyə başlayır. Elə isə sizə yeni çıxacaq filmlərin yeni trailerlərini sizlərə təqdim edirik.
"Suicide Squad”:
Christopher Lee dünyasını dəyişib
DC Comics-in məşhur mənfi obrazları dünyanı xilas etmək üçün bir araya gələcəklər. Filmdə Joker, Harley Quinn, Enchantress, Deadshot, Captain Boomerang, Killer Croc, Slipknot, El Diablo kimi personajlar olacaq. "Suicide Squad” bu ilin avqust ayında böyük ekranlara çıxacaq.
"Teenage Mutant Ninja Turtles: Out of the Shadows”:
New-York şəhərini yeni təhlükə gözləyəcək. Təbii ki, həmin təhlükənin qarşısını almaq üçün tısbağalar geri qayıdacaqlar. "Teenage Mutant Ninja Turtles: Out of the Shadows” filmi bu ilin iyun ayında böyük ekranlara çıxacaq.
"Fantastic Beasts and Where to Find Them”:
Yeni filmdəki hadisələr "Harry Potter” film seriyasındakı hadisələrdən 70 il əvvəlki dövrə təsadüf edərək yazıçı Newt Scamander-in macəraları haqqında bəhs edəcək. İzləyicilər bu ilin noyabr ayında sehrli dünyaya qayıda biləcəklər.
Şərh yoxdur