

BBC mənbələrindən aldığımız maraqlı bir məlumatı sizlərə təqdim edirik. Adult Player adlı tətbiqetmə sizlərə pornoqrafik görüntülər təklif edir. Əvəzində isə telefonun ön kamerası ilə şəkilinizi çəkərək şantaj etməyə başlayır. 500$-ı ödəyənə qədər tətbiqetmə telefonunuzu kilidə salır və pulu ödəməyiniz üçün proqram əlindən gələni edir. Qeyd edək ki, bu tətbiqetmə play store-da mövcud deyil. Güvənli olmayan mənbələrdən yükləmə edən istifadəçilər bu vəziyyətlə qarşılaşır.
Şərh yoxdur