
Bu restoranda Wi-Fi şəbəkəyə qoşulmaq üçün bir tapşırığı yerinə yetirmək lazımdır
Elm & Texnologiya
07.05.2017
Farid Pardashunas
ABŞ-da bir restoranda Wi-Fi şəbəkəyə qoşulmaq üçün maraqlı üsul təklif olunur.

Texas ştatının San-Antonio şəhərindəki
tay restoranında müştərilər Wi-Fi şəbəkəyə qoşulmaq üçün təklif olunan riyazi məsələni
həll etməlidirlər. Bu barədə restoran müştərilərindən biri Reddit-də bildirib. Həmin
post internetin milyonlarla istifadəçisinin marağına səbəb olub. Riyazi məsələnin
cavabını axtarmağa çalışan insanlar belə bir qənaətə gəliblər ki, sözügedən məsələni
həll etmək qeyri-mümkündür. "Technote.az"ın "Reddit"ə istinadən verdiyi xəbərə əsasən bəzi istifadəçilər isə riyazi məsələnin özündə səhvin
olduğunu qeyd ediblər. Çox zaman intenetdə bu cür riyazi məsələlər ortaya
çıxır. Onların arasında ilk baxışdan sadə görünəni olsa da çox zaman məhz elə
sadə görününlər istifadəçiləri təəccübləndirməklə onları çətin vəziyyətə salır.
Lakin elə riyazi məsələlər də ortaya çıxır ki, onlar özlərində kiçik bir nüansı
gizlədirlər. Çox zaman həmin nüanslar istifadəçi gözündən yayınır. Hər-halda bu
cür məsələlər beyni işə salmaq üçün əla fürsətdir.
Linki kopyala
Həftənin xəbərləri

