main-post-cover

    Bu tətbiqin köməyilə dünyanın bütün hava limanlarındakı wi-fi şifrələrini əldə etmək mümkündür

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas

    Blogger Anıl Polat səyahət sevənlərin işini asanlaşdıracaq bir işə imza atıb. Belə ki, o, bütün dünyada olan hava limanlarının Wi-Fi şifrələrini bildirən interaktiv kart təqdim edib.

    Öz saytında Polad, Google Maps-a bağlı olan WiFox tətbiqi haqqında məlumat verib. Bəlli bir hava limanı seçən istifadəçi hər dəfəsində yenilənən şifrələr haqda məlumat alır. Bundan əlavə istifadəçiyə hansı şəbəkəyə qoşulmaq və siqnalın harda daha yaxşı tutması haqda məlumat verilir.

    Həm bloggerin, həm də digər istifadəçilərin hər dəfə yenilədiyi Wi-Fi parolu bu yolla öz aktivliyini saxlamış olur. Anıl özü də səyahət haqda bloqunda maraqlı səyahətlər, faydalı məlumatlar paylaşır. Onun əsas məqsədi dünyanın bütün ölkələrində olmaqdır. Artıq Anıl dünyanın 80 belə ölkəsini ziyarət edib. Onun bir ünvanı olmamasının səbəbi də məhz bununla əlaqəlidir. Blogger öz izləyicilərindən WiFox xəritəsinin hər dəfə yenilənməsi üçün dəstək olmalarını xahiş edir.
    WiFox tətbiqi həm Android, həm də iOS üçün Google Play-da mövcuddur. Tətbiq istifadəyə verildikdən bu vaxtadək Anıl çoxlu sayda təşəkkür mesajı aldığını bildirir.
    Onu da qeyd edək ki, tətbiq pulludur. Tətbiqi burdan yükləyə bilərsiniz.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər