
Bu üsul ilə bilmədiyiniz dillərdə danışıb, başa düşəcəksiniz
Digər
07.05.2017
Farid Pardashunas
Artıq xarici birinin danışıqlarını daha asan başa düşə biləcəksiniz
Yeni
layihə The Pilot adlanır və bir çox insanların əldə etmək istədiyi bir məhsul
hazırlığını nəzərdə tutur. Belə ki, bir çoxlarımız xarici dilləri bilsək də,
amma yenə də ünsiyyət quracaq qədər bu dilə hakim deyilik və ya sadəcə dili
bilmirik. Bu yeni layihə sizə bu işin öhdəsindən asanlıqla gəlməkdə yaxından kömək
edə bilər.

The Pilot layihəsi ağıllı qulaqçılar haqda layihədir. Bu
qulaqcıqların köməyilə siz qarşı tərəfin danışdığı dili bilməsəniz belə onun nə
haqda danışdığını çox asanlıqla anlaya bilərsiniz. Belə ki, bu layihənin ağıllı
qulaqlıqları bir çoxlarının marağına səbəb olub və çoxlu sayda insan bu layihəyə
pul ianəsi edib.
Məhsulun
tez bir zamanda daha geniş kütləyə yayılması gözlənilir. Layihənin rəhbəri Endryu Oçoa (Andrew Ochoa) bu layihəni Fransız xanımla tanış olduqdan sonra
irəli sürdüyünü bildirir.
Layihə və ən əsasda ağıllı qulaqcıqlar haqda daha ətraflı məlumatı burdan ala bilərsiniz.
Linki kopyala
Həftənin xəbərləri

