Samsung\'un uzun müddətdir maraqla gözlənilən flaqman modelləri Galaxy S7 və Galaxy S7 Edge-nin media görüntüləri sızdırıldı.
Mart ayında təqdim olunması gözlənilən Samsung\'un flaqman modelləri ilə bağlı sızıntılar gəlməkdə davam edir. Telefon dünyasının məşhur adamı Evan Blass bu dəfə Samsung\'un flaqman modellərinin media görüntülərini əldə etməyi bacarıb. Şəkillərə nəzər saldıqda Samsung Galaxy S7 və S7 Edge sələfindən bir o qədər də fərqlənmir. Lakin bunu sadəcə dizayna aid etmək olar.
Samsung Galaxy S7 haqqında çıxan ilkin məlumatlara görə 5.1 düyümlük QHD ekrana sahib olan bu cihazda, çipset olaraq Snapdragon 820 və yaxud Samsungun öz istehsalı olan Exynos 8890 yer alacaq. Minumum 64 GB daxili yaddaşa sahib olacaq telefonun 4 GB RAM-ı və 20 MP dəyərində arxa kamerası olacaq. Galaxy S7\'nin qardaşı olaraq təqdim olunacaq Galaxy S7 Edge modeli isə S7 ilə eyni texniki xüsusiyyətlərə sahib olmaqla yanaşı 5.5 düyümlük qövsvari ekrana da sahib olacaq.