main-post-cover

    Buğda qlukozasından ət istehsal edən Vegeterian Qəssab, ilk restoranını açır

    Digər
    07.05.2017
    Farid Pardashunas

    Gələn ilin yaz aylarında açılacaq olan Monk`s Meats, buğda qlukozası olan seitanı istifadə edərək heçbir heyvanı öldürmədən dadı əti xatırladan yeməklər hazırlayır.

    Veqan Vegeterian yaşam tərzləri, bitkilərlə qidalanmaq deyil heyvanları öldürməmə vicdanı üzərinə qurulub. Bitkilər özlərini yeniləyə bilərkən bir heyvanı məhv etmək, qan tökmək deməkdir. Bu mənada da Vegeterian həyat tərzi sürən insanlar bitkilərdən istifadə edərək bir çox fərqli yemək hazırlaya bilirlər. Bu mövzuda ən vacib işlər arasında bitkilərdən istifadə edərək ətin yerinə keçəcək alternativlər yaratmaq yer alır.
    Chris Kim və Rebecca Lopez-Howes tərəfindən qurulan Monk`s Meats, Booklyn-in ilk vegeterian qəssab dükanı olmağa hazırlaşır. Monk`s Meats, 2010-cu ildən bəri, veqan protein əsaslı qidalar istehsal edərək ətə alternativ olur. Keçən ay tamamladıqları Kickstarter kampaniyasından sonra Monk`s Meats, keçmiş bir Çin yeməkxanasının yerimə ilk restoranını açmağa hazırlaşır.

    Veqan və vegeterian seçimlər təklif edəcək olan Monk`s Meats tərəfindən hazırlanan qidalar, laborotoriyadan çıxmış formulalarla hazırlanmır. Hamımızın evdə hazırlaya biləcəyi yemək reseptlərinə əsaslanır. Buğda qlukozası olaraq da bilinən seitanı xam maddə olaraq istifadə edir və bir neçə prosedirdan keçirdərək dadı ətə bənzəyən bir yeməyə çevirir. Ancaq prosedurların həqiqiliyi və qida dəyərləri səbəbi ilə də Chris Kim, yeməklərini saxta ət olaraq yox, həqiqi yemək olaraq adlandırır.
    2017-ci ilin yaz aylarının sonuna doğru açılacaq olan Monk`s Vegan Delicatessen and Kitchen, Brooklyn-də Marcy küçəsi ilə Gates küçəsinin kəsişdiyi 477 nömrəli binada açılacaq (birdən getmək fikrinə düşsəniz).
    Heyvani qidalara alternativ yaradan işlər arasında Memphis Meats, İmpossible Foods, Beyond Meat nümunələri də böyüyən ekosistemin və heyvanları öldürmədən yaşana bilinəcək dünyanın xəbərçiləri kimi görünür.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər