main-post-cover

    "Bulgarian Business University" Azərbaycandan 2-3 komanda seçməyə hazırdır

    Digər
    07.05.2017
    Farid Pardashunas
    Hər kəs sahibkar olaraq doğula bilər, amma hər kəs işə necə başlayacağını bilmir. BBU Startap məktəbinə bu mövzuda təşəkkür etmək olar (BBU Foundeyşn və New Bulgarian University-nin əsas layihəsi), bir sahibkarlıq ideyasını layihəyə çevirmək və şəxsi biznes qurmaq bu qədər asan olmamışdı.
    BBU Startap Məktəbinin əsas müsbət cəhətləri: 9 aylıq proqram, 3 semestrlik, 1500+ davam edən öyrənmə saatı, 32 seminar, 13 kurs, 16 akademik müəllim, 50+ sayda Bolqariyadan və xaricdən gələn mentor, çoxlu sayda investor, 1 demo-gün və 100% müvəffəqiyyət şansı.

    Proqram tamamilə ingilis dilində tədris olunur və New Bulgarian University tərəfindən akreditə olunur. Bu iştirakçılara mövcud biznes mühitində rəqabəti öyrətməklə onların praktikada istifadəsinə şərait yaradır. Əsas diqqət çəkən məqamlardan biri isə real kompaniyalarda yer alan insanların məsləhətlərini dinləmək, sosial əlaqələr yaratmaq və investorlarla görüşmək şansıdır. Proqramın əsas məqsədi qarşısında bu sahədə ən yüksək mərtəbələrə çatmağı məqsəd olaraq qoyan əsl biznes-liderlər yetişdirməkdir.
    Hal-hazırda BBU Startap Məktəbi son qeydiyyat tarixi 13 noyabr 2016-cı il olaraq nəzərdə tutulub. BBU Startap Məktəbində yer almaq üçün ən azı 18 yaşınız olmalıdır. Bir digər şərt komandanızın olub-olmamasından asılı olmayaraq ideyanızın olması və müəyyən bacarıqlara sahib olmağınızdır. Bununla siz başqa komandanın da tərkibində yer ala bilərsiniz. Müraciət edənlər 28 noyabr 2016-cı ildə birinci semestrə başlamadan əvvəl test və müsahibələrdən keçəcəklər. Layihə ideyalarınız nə qədər çox olsa uğur qazanma şansınız bir o qədər çox ola bilər.

    "BBU Startap Məktəbi dinamik həyat yaşamaq istəyən, öz istedadlarını üzə çıxarmaq, azad fikirləşmək və ideya irəli sürmək istəyən gənclər üçün əvəzolunmaz yerdir. Onlar həmin anı yaşamaq və davam etmək üçün üstündə çox əzmlə çalışdıqları işin nəticəsini görmək istəyirlər.” -Liudmil Vasilev, BBU Fondun qurucusu bildirib.
    Burda BBU Startap Məktəbini dəstəkləyən bir çox insan var. Onlardan biri İnvestBulgaria Agency-nin icraedici direktoru Stamen Yanevdir, hansı ki, proqramda mühazirəçi və mentor olaraq fəaliyyət göstərəcək. Beləliklə, mükəməllik üçün tənlik tamamlanır: "Liderlik= innovasiya+investisiya.” Bundan əlavə BBU Startap Məktəbində Georgi Malchev də mühazirəçi olaraq yer alacaq, hansıki, uzun illərdir startap sahəsində fəaliyyət göstərir. O, yalnız rəqəmsal marketingi deyil, komanda ruhunu necə yüksək tutmağı və səhvlərdən necə qaçmağı tədris edəcək. BBU Startap Məktəbində digər mentorTunio Zafer olacaq. (pCloud.com CEO) Onun sözlərinə görə birinci müştəri üzərində mübarizə əsas vacib məqamlardan biridir, çünki bunun həqiqətən həyati mənası var. Və bu hələ hamısı deyil, vençur kapitalı investisiya fondu Krypton Venture Capital qiymətləndirmədə yer alacaq və əmin olun ki, heç bir parlaq ideya kənarda qalmayacaq.
    Hər ideyanı paylaşmağa və hər hekayəni danışmağa dəyər! Əmin olun ki, sizin uğur hekayəniz 28 noyabrda başlayacaq. Hələ də vaxt varkən, buradan müraciət edin. Qiymətlər və daha ətraflı məlumat üçün BBU Startap.


    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər