main-post-cover

    Bundan sonra Facebook hesabınıza USB flash kartla daxil ola biləcəksiniz

    Sosial Media
    07.05.2017
    Farid Pardashunas

    Facebook sosial şəbəkəsi öz istifadəçilərinin, hesablarına USB flash kart vasitəsilə giriş əldə etmələri imkanını təqdim edib.

    Bu halda flash kart, elektron açar rolunu oynayır. "Facebook”un informasiya təhlükəsizliyi üzrə mütəxəssisi Brad Hill-in sözlərinə görə indi, hesabının sahibi olan hər bir istifadəçi, USB flash kart vasitəsilə təhlükəsizlik açarını qeydiyyatdan keçirə bilər. O bildirib ki, hesabın əsas şifrəsinə əlavə olunan telefondakı xüsusi kod (iki səviyyəli təhlükəsizlik), təhlükəsizliyə həmişə zəmanət verə bilməz. Təhlükəsizlik açarının, iki səviyyəli təhlükəsizlik sisteminə əlavə olunmasında bir sıra müsbət cəhətlər var.
    Təhlükəsizlik: İstifadəçiyə, təhlükəsizlik şifrəsini yadda saxlamaq və onu özünün daxil etməsi lazım deyil. Beləliklə dələduzluq vasitəsilə həmin şifrəni öyrənmək qeyri-mümkündür.
    Rahatlıq: Elektron açar, digər hesabların da aktiv olmalarında istifadə edilə bilər. Məsələn Google, Dropbox, GitHub,Salesforce və s.
    Sürət: Hesaba daxil olan zaman istifadəçi yalnız flash kartı, USB girişə qoşmalıdır.
    "Facebook”, "YubiKey” şirkətinin flash kartlarını əldə etməyi məsləhət görür. Belə ki, həmin flash kartlar, U2F protokoluna sahibdirlər. Bu, iki səviyyəli sistemin açıq protokoludur. Yeni funksiya hələki bütün brauzer və smartfonlarla çalışmır.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər