main-post-cover

    Bunu da gördük. Son videomaqnitofon istehsalçısı istehsalatı dayandırır

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas
    VHS (Video Home System) standartlı videomaqnitofonların istehsalı ilə məşqul olan yeganə şirkət Funai Electric Company bildirib ki, yaxın zamanda artıq köhnəlmiş texnikanın istehsalatını dayandıracaq. VHS videomaqnitofonların istehsalatının dayandırılmasının əsas səbəbi tələbatın çox az olmasıdır. Qeyd edək ki, Funai şirkəti 1951-ci ildə təsis edilmişdir. Şirkət irimiqyaslı istehlak cihazlarının istehsalı ilə məşğuldur. Bura müxtəlif kompüter cihazları, DVD playerlər, televizorlar və digər məişət texnikası daxildir. Öz ilk VHS formatlı videomaqnitofonunu Funai şirkəti 1984-cü ildə beynəlxalq bazara çıxartmışdır. 80-ci illərin sonunda isə Funai videomaqnitofon istehsalında ən böyük şirkət olmuşdur. Ən yaxşı vaxtlarında Funai bir ilə 15 milyon videomaqnitofon satırdı. Keçən il isə bu göstərici 750.000 idi. 1959-cu ildə dünyada ilk dəfə ikibaşlı maqnitofonu, 1976-cı ildə isə VHS videoyazısını reallaşdırmış JVC şirkəti 2000-ci ilin sonunda VHS formatlı videomaqnitofonların və kassetlərin istehsalını dayandırmışdır. 2002-ci ildə videomaqnitofonların istehsalını Sony, 2012-ci ildə isə Panasonic şirkəti dayandırmışdır. 
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər