main-post-cover

    Bunu onlar bacardı, Ürək hüceyrələrindən CANLI ROBOT hazırlandı

    Digər
    07.05.2017
    Farid Pardashunas
     

    Harvard Universiteti, siçan ürəyindən robot hazırlamağı bacardı.

    Siçanın ürəyində olan hüceyrələr, sinə implantında istifadə olunan silikon və bir miqdar qızılı bir araya gətirən genetik mühəndislər yaşayan robot hazırlayıblar. "Yaşayan Robot" adı verilən bu məhsul vatoz baığına bənzəyir və sıxılıb açılma ilə üzə bilir.


    Robotun xarici, yəni bədənini silikon əhatə edir, bunun qarşılığında skletini isə qızıl bağlar formalaşdırır. Robotu canlı edən əsas detal isə genetik mühəndisliklə hazırlanan 200.000 siçan ürəyinin hüceyrələridir. Özəlləşdirilmiş hüceyrələr, müəyyən dalğa həcmlərində olan işığa reaksiya verməsi yönündə dəyişdiriliblər. İşığa qarşı sıxılma və boşalma reaksiyaları verən bu hüceyrələr robotun üzməsini təmin edən əsas amillərdir. Hal hazırda ancaq labaratoriya şəraitində yaşaya bilən bu robotun, canlılığını davam etdirmək üçün steril bir şəraitə ehtiyac duyur. Bunun əsas səbəbi isə robotun daxilində olan siçan ürəyi hüceyrələrinin immun sisteminə malik olmasıdır. Yəni kənardan gələn mikroorqanizmlər asanlıqla robota hücüm edib onu öldürə bilərlər.


     
    Linki kopyala