main-post-cover

    Bürclərin tarixləri dəyişdirildi - NASA-dan açıqlama!

    07.05.2017
    Farid Pardashunas

    NASA, Ulduzların Dünyaya görə istiqamətlərini dəyişdiyini, bu səbəbdən də bürc tarixlərinin dəyişdirildiyini açıqladı.

     
    NASA, tarixi minlərlə ilə dayanan bürclər ilə bağlı gözlənilməyən açıqlama etdi. Ulduzların Dünya ilə olan mövqelərinin dəyişdiyini bildirən NASA, 12 bürcün tarixlərinin dəyişdirildiyini bildirdi. Bürclərin birbaşa olaraq kosmos ilə bağlı olduğunu və kosmosdakı cisimlərin antik vaxtlardakı mövqelərindən fərqləndiyini bildirən NASA, Günəşin bürcləri yaradan ulduzların üzərində olduğu zamanın da bu səbəbdən dəyişdiyini açıqladı.
     
    Bürclərin ilk dəfə Babillər tərəfindən istifadə edilməyə başladığı vaxtdan 23 İyul ilə 22 Avqust tarixində anadan olanların Aslan bürcü olduğu, lakin göyüzündə yaşanan dəyişimin ardından bu tarixdə anadan olanlar Xərçəng bürcü olduğu açıqlandı. Buna səbəb olaraq Dünyanın orbitinin keçdiyi Şimal Qütbünün eyni mövqedə olmaması, aradan keçən 3.000 illik müddətdə göy üzünün dəyişmiş olması göstərilir. 
    Bu açıqlama ilə kifayətlənməyən NASA, Ophiuchus yəni İlan adına 13-cü bir bürcün olduğunu bildirir. 30 Noyabr - 17 Dekabr tarix aralığına aid olan İlan bürcünün Babillər tərəfindən bilinməyən bir səbəbdən ortaya çıxarılmaması bildirilir. 
    NASA-nın etdiyi bu açıqlamanın ardından dəyişdirilən bürclərin tarixləri belə olacaq: 
    18 Aprel - 13 May : QOÇ
    13 May - 21 İyun : BUĞA
    21 İyun - 20 İyul : ƏKİZLƏR
    20 İyul - 10 Avqust : XƏRÇƏNG
    10 Avqust - 16 Sentyabr : ŞİR
    16 Sentyabr - 30 Oktyabr : QIZ
    30 Oktaybr - 23 Noyabr : TƏRƏZİ
    23 Noyabr - 29 Noyabr - ƏQRƏB
    30 Noyabr - 17 Dekabr : İLAN
    17 Dekabr - 20 Yanvar : OXATAN
    20 Yanvar - 16 Fevral : OĞLAQ
    16 Fevral - 11 Mart : DOLÇA
    11 Mart - 18 Aprel : BALIQ
    Linki kopyala