main-post-cover

    Bütün kompüter istifadəçilərinin işlərini asanlaşdıracaq, çox faydalı 34 qısa yol kombinasiyası

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas

    Kompüterlərlə dai mi əlaqədə olan insanların üstün olduqları bir neçə xüsusiyyət var. Xüsusilə Windows əməliyyat sistemində hərkəsin bilməli olduğu qısa yol klavişləri var ki, bu klaviş kombinasiyalarından istifadə edərək vaxtınıza kifayət qədər qənaət edə bilərsiniz.

    Mouse ilə ekranda əməliyyat etmək, gün içərisində uzun müddət kompüter istifadə edən bir şəxs üçün əslində vaxt itkisidir. Çünki qısa yollar ilə bir çox proseduru salisələr içində edə bilirik. Gündəlik istifadədə çox böyük fərq yaradan qısayollar mövcuddur. Technote.az olaraq işinizi asanlaşdıracaq və sürətli nəticə əldə etməyinizə yarayan ən vacib Windows qısa yol klavişlərini sizlərə təqdim edirik:

    Alt + F | İşləməkdə olan proqramın fayl menyusunu açar.
    Alt + E | İşləməkdə olan proqramın redaktə menyusunu açar.
    Alt + Tab | Proqramlar arası keçid edər.
    F1 | Hər Windows proqramı üçün qlobal kömək xidməti təklif edər.
    F2 | Seçilmiş faylı adını dəyişdirər.
    F5 | İşləməkdə olan proqramı yeniləyər.
    Ctrl + N | İşləməkdə olan proqramda yeni boş bir səhifə açar.
    Ctrl + O | İşləməkdə olan proqramda yeni bir fayl açar.
    Ctrl + A | Səhifədəki bütün mətinləri seçər
    Ctrl + B | Seçilmiş mətni qalınlaşdırar. (redaktor funksiyası varsa)
    Ctrl + I | Seçilmiş mətni italik (əyri) edər. (redaktor funksiyası varsa)
    Ctrl + U | Seçilmiş mətnin altından xətt çəkər. (redaktor funksiyası varsa)
    Ctrl + F | O an açıq olan pəncərədə axtarış çubuğu açar.
    Ctrl + S | O an açıq olan faylı yaddaşa yazar.
    Ctrl + X | Seçilmiş obyekti kəsər.
    Shift + Del | Seçilmiş obyekti kəsər.
    Ctrl + C | Seçilmiş obyekti kopyalayar.
    Ctrl + Ins | Seçilmiş obyekti kopyalayar.
    Ctrl + V | Yapışdırar.
    Shift + Ins | Yapışdırar.
    Ctrl + K | Seçilmiş mətnə link verər.
    Ctrl + P | Mövcud faylı çapa göndərər.
    Home | Mövcud sətrin başına gedər.
    Ctrl + Home | Faylın başına gedər.
    End | Mövcud sətrin sonuna gedər.
    Ctrl + End | Faylın sonuna gedər.
    Shift + Home | O anki nöqtədən sətirin başına qədər seçər.
    Shift + End | O anki nöqtədən sətirin sonuna qədər seçər
    Ctrl + Left arrow | Bir sözün sonundan digər sözün sonuna keçər.
    Ctrl + Right arrow | Bir sözün əvvəlindən digər sözün əvvəlinə keçər.
    Ctrl + Esc | Start menyusunu açar.
    Ctrl + Shift + Esc | Tapşırıq idarəçisini açar
    Alt + F4 | Aktiv olan proqramı bağlayar
    Alt + Enter | Seçilmiş pəncərənin "Xüsusiyyətlər” menyusunu açar.
    Linki kopyala