main-post-cover

    Android istifadəçilərinin növbəti bəlası. MAZAR virusu !

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas

    Açıq qaynaqlı olmağı səbəbi ilə tez-tez pis məqsədlər üçün istifadə edilən proqram təminatı Android, indi də yeni bir malware virusu ilə üz-üzədir. Danimarkalı təhlükəsizlik şirkəti olan Heimdal tərəfindən hazırlanan yeni malware, cihazın sahibinin şəxsi məlumatlarını tapır, kopyasını alır və telefona ağır zərbə vurur.

    '' The Mazer '' adı verilən bu malware, istifadəçinin məlumatlarını əldə etdikdən sonra telefon üzərində sərhədsiz səlahiyyətə sahib olur. Cihaza verdiyi "zərər" də bu proses ərzində öz işini görür.

    Cihazınız nə qədər müdafiəsizdirsə, təsiri bir o qədərdə çox artan Mazarın bir zərərli xüsusiyyəti var. Virus yoluxucudur. Virus əsasən SMS yolu ilə cihazlara yayılır. İstifadəçidən heç icazə almadan öz başına telefonlardakı sənədləri silə bilmək xüsusiyyəti vardır. Heimdal şirkətinin dediyinə görə Mazar sadəcə Danimarkada 100.000 istifadəçinin cihazına yayılıb və hələdə yayılmaqdadır.

    Mazar virusunun cihaza yoluxma səbəbi əsasən etibarsız tətbiqlərin yüklənməsi olur. Son vaxtlar Android istifadəçiləri bu vəziyyətdən olduqca əziyyət çəkir. Hətta buna görə Google, Play Store-da təmizlik işlərinə başlamışdır.
    Hal hazırda Heimdal şirkətinin dediyinə görə Mazar, əsasən Android 4.4 KitKat əməliyyat sistemində işləyən cihazlarda mövcuddur. Hələki, Lolipop və Marshmallow əməiyyat sistemlərində bu virusa rast gəlinməyib.

    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər