main-post-cover

    CIA, gizli məlumatlarının sızdırılması ilə bağlı şübhəli şəxsləri dindirməyə başlayıb

    Sosial Media
    07.05.2017
    Farid Pardashunas

    CIA, WikiLeaks-in əlinə keçmiş gizli məlumatların sızdırılmasında proqtamçılardan şübhələnir.

    Belə ki, CIA, ona proqram təminatı hazırlamış proqramçılari, gizli məlumatların ötürülməsi barədə yoxlayır. Onların sözügedən gizli məlumatları qisas uğrunda sızdırdıqları şübhəsi var. İstintaq prosesi ilə yaxından tanış olan insanların məlumatlarına əsasən proqramçılardən ibarət çox kiçik bir qrup, şübhə altındadır. Bunun səbəbi isə onların, təşkilatdakı iş yerlərinin itirmələridir. Belə ki, CIA artıq onlardan proqram təminatı sifariş etmir. Beləliklə proqramçılar qisas almaq qərarına gəliblər. İlkin versiyaya əsasən sızıntının arxasında duran proqramçılardan bir çoxu Virciniya ştatındakı şirkətlərdə çalışırlar. Onlardan bəziləri artıq dindirilib. Lakin rəsmi olaraq hələ heç kim mühakimə olunmayıb. Qeyd etmək lazımdır ki, 7 Mart tarixində WikiLeaks saytı, CIA-nin 8761 ədəd gizli sənədini paylaşmışdı. Həmin sənədlərdə təşkilatın hacker qruplaşması və onların hazırladıqları proqram təminatları ilə adi insanların izlənməsi barəsində məlumatlar yer almışdı.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər