main-post-cover

    CIA-nin gizli sənədləri təqdim edildi

    07.05.2017
    Farid Pardashunas

    Bu həftə məhkəmə qərarına əsasən CIA, 1992-ci ildə təsis olunduğu vaxtdan olan bütün arxivləri təqdim edib.

    Mərkəzi Kəşfiyyat İdarəsinin (CIA) arxivləri arasında çox maraqlı layihələrə rast gəlinib. Onların arasında isə daha çox marağı cəlb edən, xüsusi ekstrasens casusların hazırlanması olub. Daha öncə bu cür məlumatlar yalnız Merilenddə olan Beynəlxalq arxivlərdə xüsusi icazə ilə təqdim olunurdu. İndi isə 25 il bundan öncəki məlumatlar internetə yerləşdirilib. Həmin məlumatlar arasında Sun Streak adlı gizli hərbi şöbənin adı gedir. Bu şöbə, 1970-1980-ci illərdə insanın paronormal xüsusiyyətlərini öyrənirdi. Sun Streak bir sıra adlar altında mövcud olub və CIA-nin məlumatlar bazasında Stargate adı altında qeyd olunmuşdur. Bu şöbənin varolması 1995-ci ildə sübut olunub. Lakin şöbənin hansı işlərlə məşğul olması haqqında məlumatlar çox nadir hallarda tapılırdı. Bu həftə təqdim olunmuş gizli sənədlərdə "Project N-1 X” adlı layihənin hesabatlarına rast gəlinib.
    Hesabatlara əsasən Sun Streak şöbəsi, ekstrasens bacarıqları olan insanlara təlim keçirdi. Təlimdən keçmiş insanlar, uzaq məsafədə yerləşən gizli sənədləri hiss etməli idilər. Rəsmi təlimata əsasən həmin insanlar, sənədi, onun adı, ölçüsü, vacibliyi, müəllifi, yazıldığı dili, məlumatın potensial mənbəsi və onun yerləşdiyi yer də daxil olmaqla təsvir etməli idilər. Sənədlərdəki məlumatlara əsasən sözügedən layihənin əsas məqsədi, uzaq məsafədə bu cür sənədlərin tapılmasının mümkün olub-olmamağını yoxlamaq idi. Layihə, N-2 mərhələsinə kimi çatdı. Lakin sonradan dayandırıldı. Görünür mütəxəssislər ikinci mərhələ çərçivəsində yaxşı nəticələr ala bilmədilər. Bir neçə ildən sonra isə gözəçarpan nəticələrin olmadığından Sun Streak şöbəsi tamamilə bağlandı.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər