main-post-cover

    Call of Duty: Infinite Warfare rəsmi olaraq anons olundu

    Digər
    07.05.2017
    Farid Pardashunas
    Avtivision şirkəti Infinity Ward studiyası ilə birlikdə Call of Duty: Infinite Warfare oyununu anons edib. Yeni oyun bu ilin 4 noyabr tarixində PC, PS4 və Xbox One üçün satışa çıxacaq. "Call of Duty: Infinite Warfare məşhur oyun seriyasının köklərinə qayıdacaq. İnanılmaz döyüş əraziləri və maraqlı singleplayer rejimi sizləri gözləyəcək. Öz həyat tərzinizi qorumaq üçün Settlement Defense Force təşkilatı ilə mübarizə aparmağa hazır olun” – deyə təqdim olunmuş ilk trailerin başlığında qeyd olunub. Bundan əlavə olaraq Call of Duty 4: Modern Warfare oyununun remaster versiyası haqqındakı şaiyələr də təsdiqlənib. Belə ki, Call of Duty: Infinite Warfare oyununun Legacy Edition və ya Digital Deluxe Edition versiyalarını pre-order edən hər bir kəs Call of Duty 4: Modern Warfare Remastered oyununu pulsuz əldə edəcək. 

    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər