Canlı orqanizmlərlə qidalanan robot yaradılıb

Canlı orqanizmlərlə qidalanan robot yaradılıb

Texnologiya
08.05.2017 PAYLAŞIM
TECHNOTE @technote TECHNOTE logo icon

Hazırlanmış yeni robot canı orqanizmləri emal edərək onlardan enerji alır.

Bristol Universitetinin mütəxəssisləri Bristol Robotexnika LaboratoriyasıKembric Universitetindən olan əməkdaşları ilə birlikdə canlı orqanizmlərlə qidalanan robotu təqdim ediblər. Yumşaq robot bir növ həzm sisteminə sahibdir. Yəni, robot polimer membran materialdan hazırlanmış ağız, qidanı həzm edən mədə və qalıqları ifraz edən bağırsaq ilə təchiz olunub. Bir çox su heyvanları kimi sözügedən robot da daxilində mikroorqanizmlər olan mayeni qəbul edərək onu filtrdən keçirdir. Daha sonra mikroorqanizmlər mədədə həzm olunurlar. Həmin mədə öz növbəsində mikroorqanizmləri həzm edən mikroblardan ibarətdir. Son mərhələdə isə emal olunmuş material robotun arxa hissəsində yerləşmiş çıxışdan ifraz olunur. Alimlər bildiriblər ki, robot hələki mikroorqanizmlərdən az miqdarda enerji alır. Lakin buna baxmayaraq onlar robotun faydalı iş əmsalının artmasına köməklik edirlər. Bərk materialların yerinə polimerdən istifadə etmək robotun enerji tələbatını aşağı salıb. Bundan əlavə olaraq onun mədəsindəki mikrobların sayını artırmaqla alimlər rotobun effektivliyini artırıblar. Sözügedən robotu radiasiya ilə çirklənmiş su hövzələrində istifadə etmək planlaşdırılır. O, uzun müddət insanın iştirakı olmadan enerji yığmaqla çalışa bilər. Bu isə böyük ərazilərin təmizlənməsi deməkdir.


Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


İnsan beynini "hack" etməyə çalışan 11 texnologiya

Gələcəkdə biz öz yaddaşlarımıza Facebook-un ana səhifəsindəki kimi baxa və öz düşüncələrimi..


Elon Musk: "Günlərin birində "Tesla", "Apple"dan daha b..

\"Tesla” şirkətinin CEO-su Elon musk, sözügedən şirkət barəsində maraqlı proqnoz verib. ..


Huawei Honor 9-un ilk render fotoları sızdırıldı

\"Huawei” şirkətinə məxsus olan Honor brendi yeni flaqman olacaq Honor 9 üzərində çalışır. ..


Fashion Tech. Yeni sənayenin yaranması və ya köhnənin transformasiyası?

Moda sənayesinin irəli getməsi üçün bir sıra sənayelərin birləşməsi lazımdır. Kimsə bir ye..


Orta texniki göstəricilərə sahib dünyanın ən balaca 4G smartfonu Jelly

Böyük smartfonlardan və batareya həcminin böyüməsinə baxmayaraq çalışma vaxtının azaldığı sma..


Saniyədə 5 trilyon kadr sürətlə çəkiliş edən kamera yaradılıb (VİDEO)..

İsveçli fiziklər, saniyədə 5 trilyon kadr sürətində video çəkməyə nail olublar. İxtira olunm..

×