Canlı yayımla nümayiş etdirilən reklam kampaniyasında güllələr havada uçdu (VİDEO)

Canlı yayımla nümayiş etdirilən reklam kampaniyasında güllələr havada uçdu (VİDEO)

Digər
08.05.2017 PAYLAŞIM
TECHNOTE @technote TECHNOTE logo icon

"Nerf Mega Mastodon” üçün hazırlanan son reklam kampaniyasında məhsul meneceri anaların oyuncağın təhlükəli olub olmadığını öyrənmək maraqlarını cavablamaq üçün hədəf taxtası kimi güllənin qarşısına keçir.

Nerf uşaqların sevdiyi, anaların isə çox da məna vermədiyi oyuncaqlardan biridir: Beləki Nerf, süngər mərmilər atan bir silahdır. Anaların isə məna verməməkdən də əlavə, təhlükəsiz olub olmadığına dair narahatlıqları da var. Xüsusilə də bir müddət əvvəl təqdimatı keçirilən ən son və ən böyük modeli "Nerf Mega Mastodon Mega Blast” o qədər böyükdür ki, Anaların uşağım kimisə yaralayar ya da özü yaralana bilər kimi narahatlıq keçirmələri də təəccüblü deyil. 


Elə bu narahatlıqdan yola çıxan Hasbro və Marvelous, Rus anaların fikrini dəyişdirmək üçüm kampaniya hazırlayır. Kampaniyada Nerf məhsul meneceri Vova, valideynlərə bir müraciət göndərir və özünü Nerf-lə istədikləri kimi vurabiləcəklərini deyir.

Facebook üzərindən yayımlanan müraciət videosundan sonra, "Harsbro Moskva”nın iclas otağı bir həftəliyinə rəqəmsal bir oyun sahəsinə, daha doğrusu bir hədəf taxtasına çevrilir. Cəsur məhsul menecerimizin masası da iclas otağında yerini alır və insanlara internet saytıüzərindən atəş etməkləri deyilir.

Kampaniya başladığı zaman canlı yayımda menecerə atəş də başlamış olur və otağa yerləşdirilmiş kameralar vasitəsilə edilən canlı yayım üzərindən menecerin reaksiyaları real zamanlı olaraq müşahidə edilə bilir. Məhsul menecerinin üzərinə gələn süngər güllələrə baxmayaraq heç də kefini pozmadan işləməyə davam etdiyi görülür. Beləcə, nəhəng ölçüsünə baxmayaraq Nerf Mastodon Mega Blaster-ın zərərsizliyi vurğulanmış olur. Reaksiyalar zaman-zaman zarafatcıl bir hal da alır. Cəsur menecer vurulduğunda gülür, bəzən gülləyə məruz qalsa da başını masaya qoyub yatır, bəzən də komandasını toplayıb rəqs edir. İçəri girən digər işçilərin və menecer yatmağa getdiyində yerini alan "ehtiyyatda olan oyunçular”a da atəş açmaq sərbəst olduğu üçün Nerf oyuncaqlarının sadəcə menecer üçün deyil, hərkəs üçün zərərsiz olduğu da göstərilmiş olur.

Kampaniya sosial mediada əlavə maraq yaratmaq üçün müxtəlif hədiyyələrində mövcud olduğu bir canlı yayım oyun/videosu halına gəlir. Nəticə olaraq isə kampaniya statistikalarına görə bir həftədə ümumi 5134 dəfə atəş edilib, internet saytında bir ziyarətçi ortalama 34 dəqiqə vaxt keçirib.

 

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Azercell jurnalistləri Milli Mətbuatın 145-illiyi münasibətilə təbrik edir!..

Məlumatın, xəbərin son dərəcə əhəmiyyətli olduğu ən həssas zamanlarda məhz şücaətli jurnalistlər öz ..


ABŞ-da Google şirkəti məhkəməyə verildi: Səbəb nədir?

ABŞ-da Google şirkəti Android əməliyyat sistemi səbəbilə məhkəməyə verildi.


Alimlər tarixdə ilk dəfə yeni planetin yaranma prosesini müşahidə ediblər (VİDEO..

Hal hazırda olan aktual elmi nöqteyi nəzərdən kainatın yaranması Böyük Partlayış ilə başlayıb. Lakin..


Əsrin sonuna gözlənilən iqlim dəyişikliyi artıq bütün qitələrdə başlayıb..

Güman olunurdu ki, tropik və subtropik regionlarda təyin olunacaq isti və nəm iqlim şəraiti planetin..


Astronomlar Yer kürəsinə ən yaxın olan qara dəliyi aşkar ediblər

Avropa cənub rəsədxanasının (ESO) astronomlarının rəhbərliyi altında olan tədqiqat qrupu kosmik miqy..


'Pandemiya hal hazırki dünya iqtisadiyyatına son qoyacaq və onu tanınmaz hala sa..

İqtisadi böhranlar baş verən zaman onların nəticələri bir neçə ildən sonra heç gözlənilməz istiqamət..

×