
Canon EOS-1D X Mark 2 rəqib tanımır!
Elm & Texnologiya
07.05.2017
Farid Pardashunas
Canon, uzun zamandır məlumatları gələn yeni flaqman modeli DSLR fotoaparatı EOS-1D X Mark 2’yi rəsmi olaraq bəyan etdi.

Yeni yaradılan 41’i çarpaz 61 nöqtəli avtomatik dəqiqləşdirmə sistemi ilə həssas şəkildə dəqiqləşdirmə reallaşdıra bilən Canon EOS-1D X Mark 2, yerinə gəldiyi model ilə bənzər bir gövdə daşıyır və bütün şəraitlərə davamlıdır. 3.2-inçlik sensor LCD ekranında 1.62 milyon nöqtə ölçü təqdim edən aparat, üst hissəyə daxil edilən GPS sistemi ilə fotolara yer məlumatı daxil edə bilir. WiFi üçün isə 600$’lıq WFT-E8 alınması lazımdır.

Canon’un üst səviyədə bilinən DSLR fotoaparatı EOS-1D X Mark 2, 5999$ qiymətlə Aprel ayında satışa çıxacaq.
Linki kopyala
Həftənin xəbərləri

