main-post-cover

    Capstagram - 1 günə 10.000 like alaraq sosial medianın gündəmi oldu.

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas
    Son günlərdə Azərbaycanın iri sosial media səhifələri kiber hücumlara məruz qalıb. Belə ki, yerli iri yumor səhifələri olan Trolling Azerbaijan, Şedevr və Capstagram xakerlərin əlinə keçdi. Çoxsaylı müraciətlər, facebooka-a ünvanlanan şikayətlər nəticəsində bəzi səhifələr bərpa olunsanda, qısa zamanda hamının sevimlisinə çevrilmiş yumor səhifəsi olan Capstagram-ı bərpa etmək mümkün olmayıb. 77.000 izləyici olan səhifə xaker hücumunun qurbanı oldu. Lakin, görünən odur ki, Azərbaycanın ən aktiv yumor səhifəsi hesab olunan Caspstagramın idarə heyyətinin üzvləri  bu vəziyyətlə barışmaq niyyətində deyil. "Səhifəmizi oğurlaya bilərsiniz, istifadəçilərimizi əsla!" adı altında başladılan kompaniya bir gündə sosial mediada sözün əsl mənasında partlayış yaratdı. Bir neçə saat ərzində 10.000 bəyənmə sayına çatan səhifə cəmi 1 günə öz nüfuzun yenidən bərpa etdi. Hal hazırda mövcud statistika isə 12.000-dir. Əgər sizdə bu səhifənin izləyicisinizsə orginal səhifəyə buradan keçid edə bilərsiniz.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər