main-post-cover

    Captain America barəsində şok həqiqət

    Digər
    07.05.2017
    Farid Pardashunas
    Marvel şirkəti hamını şoka salan addımı atıb. Şirkət əsas superqəhrəmanlardan biri olan Captain America-nı mənfi obraza çevirib. Məlumata əsasən bu 25 May 2016-cı ildə satışa çıxmış Captain America: Steve Rogers #1 komiksində baş verib. Həmin komiksdə qeyd olunub ki, Captain America əslində bütün bu vaxtı almanların tərəfini saxlayaraq Hydra-nın gizli casusu olub. Marvel-in redaktoru Tom Brevoort-un sözlərinə görə bu cür fikir Nick Spencer-in ağlına gəlib. "Komiksin ikinci sayında oxucular bir növ keçmişə səyahət edəcəklər. Beləliklə onlar bunun necə baş verdiyini öyrənə biləcəklər. Hələlik mən sizə daha geniş məlumat verə bilmərəm. Belə ki, oxucuların marağını qaçırtmaq istəmirəm. Lakin sizə söz verirəm ki, oxucular bir çox suallara cavab tapa biləcəklər. Hər-halda bu hamı tərəfindən hörmətlə qarşılanan superqəhrəmanlardan birinin böyük dəyişikliyidir” – deyə Tom Brevoort bildirib. Captain America-nın əslində mənfi obraz olduğu məlumatı yayılandan sonra internetdə əsl narazılıqlar müharibəsi cərəyan edib. Personajın pərəstişkarları irimiqayslı etiraz aksiyası keçirdərək kommentlərdə #SayNoToHYDRACap hashtag-nı qeyd ediblər. Marvel studiyasının filmlərində Captain America obrazını canlandırmış aktyor Chris Evans da bu xəbərə öz reaksiyasını bildirib. O öz rəsmi Twitter səhifəsində "HYDRA?” yazaraq #sayitaintso (deyinki bu doğru deyil) hashtag-nı qeyd edib. 
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər