main-post-cover

    Captain America: Civil War filminin ilk traileri yayımlandı

    07.05.2017
    Farid Pardashunas
    Baş vermiş dəhşətli hadisədən sonra hökümət qeyri-adi gücləri olan insanları dövlət qeydiyyatından keçməyi tələb edir. Bu isə o deməkdir ki, həmin insanlar kimliklərini üzə çıxardaraq gizli dövlət təşkilatları üçün çalışmalıdırlar. Bu ideyanı dəstəkləməyən Steve Rogers (Captain America) onunla həmfikir olan digər superqəhrəmanları bir yerə yığır. Tony Stark (İron Man) isə əksinə bu ideyanın tərəfdarıdır. Daha öncə bir komandada olmuş və bel-belə döyüşmüş iki superqəhrəman arasındakı yaranmış qarşıdurma superqəhrəmanlar arasında vətəndaş müharibəsinə gətirib çıxardır. Filmin rejissorları ikinci hissəni çəkmiş Anthony Russo və Joe Russo olublar. Baş rolları isə Chris Evans, Scarlett Johansson, Robert Downey Jr., Elizabeth Olsen, Anthony Mackie, Sebastian Stan və digərləri canlandırıblar. "Captain America: Civil War" filminin premyerası gələn ilin may ayında baş tutacaq. 

    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər