Casio şirkətindən ağıllı saatlar

Casio şirkətindən ağıllı saatlar

Texnologiya
08.05.2017 PAYLAŞIM
TECHNOTE @technote TECHNOTE logo icon

Casio şirkəti WSD-F10 ağıllı saatların ilk kolleksiyasını anons edib. Android Wear sistem təminatı ilə işləyən ağıllı qol saatları bu il satışa çıxacaq. İlk kolleksiyaya saatların müxtəlif rəngdə 4 versiyası daxil olacaq. Şirkətin sözlərinə görə sözügedən saatlar əsasən təbiətdə istifadə etmək üçün nəzərdə tutulub. Onlar dözümlü və suya davamlı olmaqla yanaşı idman ilə məşqul olmağa kömək edəcək bir sıra funksiyalara da malikdir. WSD-F10 ağıllı saatın möhkəm korpusu hərbi standarta cavab verir (MIL-STD-810 ABŞ-ın hərbi standartıdır). Bu saatlar vibrasiyaya, zərbələrə, nəmişliyə, yüksək və aşağı temperatura, təzyiqə qarşı test edilmişdir. İstifadəçi yağışdan və ya istənilən digər hava şəraitindən qorxmayaraq saatdan aktiv həyat tərzi zamanı istifadə edə bilər. WSD-F10 ağıllı saatları 50 m dərinliyə kimi suya davamlıdırlar. 
 
 
Casio-nun yeni saatı idarəolunması rahat olan ikiqat sensorlu ekrana sahibdir. Vaxt haqqında məlumat monoxrom ekranda, müxtəlif tətbiqetmələrdən olan məlumatlar isə rəngli ekranda əks olunur. Barometr, kompas və hiroskopdan başqa saatda gəzintilər, veloyürüşlər zamanı nəticələri qeydə alan tətbiqetmələr mövcuddur. Təbii ki, istifadəçi istədiyi vaxt Android Wear sistemini dəstəkləyən müxtəlif tətbiqetmələri yükləyə bilər. Casio öz yeni məhsuluna mikrofon, bluetooth və Wi-Fi xüsusiyyətlərini də əlavə edib. Saat enerjini 2 saata yığır. Bütün funksiyaları işlək vəziyyətdə olsa onda istifadəçi saatdan 1 sutka ərzində tam rahat istifadə edə bilər. Lakin bütün funksiyalar sönmüş vəziyyətdə olsa və istifadəçi onu sadəcə olaraq adi saat kimi işlətsə onda cihaz 1 ay enerji saxlama qabiliyyətinə malik olacaq. Saatın üzərində olan böyük və sürüşməyən düymələr isə onu əlcək ilə də idarəsini mümkün edir. Casio Smart Outdoor Watch WSD-F10 kolleksiyasından olan saatın qiyməti təqribi olaraq $500 olacaq.


Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


İnsan beynini "hack" etməyə çalışan 11 texnologiya

Gələcəkdə biz öz yaddaşlarımıza Facebook-un ana səhifəsindəki kimi baxa və öz düşüncələrimi..


Elon Musk: "Günlərin birində "Tesla", "Apple"dan daha b..

\"Tesla” şirkətinin CEO-su Elon musk, sözügedən şirkət barəsində maraqlı proqnoz verib. ..


Huawei Honor 9-un ilk render fotoları sızdırıldı

\"Huawei” şirkətinə məxsus olan Honor brendi yeni flaqman olacaq Honor 9 üzərində çalışır. ..


Fashion Tech. Yeni sənayenin yaranması və ya köhnənin transformasiyası?

Moda sənayesinin irəli getməsi üçün bir sıra sənayelərin birləşməsi lazımdır. Kimsə bir ye..


Orta texniki göstəricilərə sahib dünyanın ən balaca 4G smartfonu Jelly

Böyük smartfonlardan və batareya həcminin böyüməsinə baxmayaraq çalışma vaxtının azaldığı sma..


Saniyədə 5 trilyon kadr sürətlə çəkiliş edən kamera yaradılıb (VİDEO)..

İsveçli fiziklər, saniyədə 5 trilyon kadr sürətində video çəkməyə nail olublar. İxtira olunm..

×