main-post-cover

    Cassini Kosmik gəmisinin Saturndan göndərdiyi mükəmməl görüntü

    Digər
    07.05.2017
    Farid Pardashunas
    Bildiyimiz kimi, günəş sistemimizin ən nəhəng planetlərindən biri ola Saturnun 62 təbii peyki var. Həqiqətən də, bir təbii peyki olan Yerə nəzərən çox böyük bir rəqəmdir.Bu planet görüntüsü və peyklərinin çoxluğu ilə həmişə elm dünyasının diqqət mərkəzində olub.Onun həyatın olabiləcəyi şübhə edilən Titan adlı peyki haqqında əvvəlki xəbərlərimizdə oxuya bilərsizin.
    Qeyd etdiyimiz kimi, Saturn ilə bağlı suallarımız həddindən artıq çox idi. 2004-cü ildən bəri Saturnun ətrafında fırlanan Cassini kosmik gəmisi bizə o suallara cavab tapmağa çox kömək edib.
    Bu dəfə isə Cassini Saturnun peyklərinin gözəl görüntüsünü yollayıb. Görüntüyə baxaq:

    Cassini Kosmik gəmisinin Saturndan göndərdiyi mükəmməl görüntü
     
    Bu şəkildəki peyklər Enceladus və Tethys-dir. Şəkilin aşağı hissəsindəki isə hamımızın bildiyi məşhur halqadır.Çoxlu sayda təbii peyki olan planetdə belə mənzərələr rast gəlmək mümkündür.
    Linki kopyala