

Cem Yılmaz\'ın səhnəciklərindən birində istifadə etdiyi və qısa vaxt ərzində sosial mediada dildən-dilə dolaşan, hətta müxtəlif capslara da mövzu olan "ne veriim abime” zarafatı artıq bir brendin adı olacaq.
Türkiyənin
Ankara şəhərində 10 ildir qida sektorunda fəaliyyət göstərən bir firma, "Ne
veriim abime” adının pizza markası olaraq patentləşdirilməsi üçün "Türk Patent
İnstutu”na müraciət edib.
"Technote.az"ın "Webtekno"ya istinadən verdiyi xəbərə görə, Şirkət sahiblərindən Niyazi Pak-ın mövzu ilə bağlı açıqlaması isə belədir:
"Pizza xəmirini tost halına gətirib istehsala başladıq. Çox yüksək maraq gördü və hələ də davam edir. Bunun yanında dürüm pizzanı istehsal etdik. Ölkəmizin qida barədə tələbatını nəzərə alaraq yola çıxdıq və böyüdük. Lakin bir şeylərin əksik olduğunu anladıq. Son vaxtlarda keçirdiyimiz küçə sorğuları və araşdırmalarımız bizi yeni bir marka adı tapmağa yönləndirdi. Nə ola bilər deyə düşünərkən, "Ne vereyim abime” cümləsinin Cem Yılmaz tərəfindən özünə məxsus bir üslub ilə deyildiyinin fərqinə vardıq. Yəni "Ne veriim abime...”. Bu deyilişi pozmadan, bu formada Türk Patent İnstutuna müraciət etdik. Nəticəni gözləyirik. İnşallah yaxşı işlər görərək, ölkəmizə gəlir gətirərik”.
İzləməyənlər üçün "Ne Veriim Abime" səhnəciyi :
Şərh yoxdur