main-post-cover

    Cənubi Koreya-lı qadın, Əkizinin olduğunu YouTube-da baxdığı bir videodan öyrəndi

    Digər
    07.05.2017
    Farid Pardashunas

    27 yaşındakı Anais Bordier, tək yumurta əkizinin olduğunu YouTube-da izlədiyi bir videodan öyrəndi.

    Anais Bordier, bir dostunun "YouTube"-da izlədiyi videodan özünə danışması ilə birlikdə bu vaxta qədər varlığını bilmədiyi, Samantha Futerman adlı tək yumurta əkizinin olduğunu öyrəndi. Cənubi Koreya-da anadan olmuş və Brüsseldə böyümüş Bordier, övladlıq alındığını bildiyini amma ailəsinin ona bir əkizinin olduğunu demədiklərini vurğulayıb.
    YouTube-dakı videonu izlədikdən sonar təəccübünü uzun müddət üstündən ata bilməyən Bordier, "Video, həqiqətən bir kamera zarafatı kimi idi. Videodakı qız mənim kimi görünür, mənim kimi davranırdı amma Amerikalı aksenti ilə danışırdı. Bir an, həyatımda heç YouTube videosu çəkdim mi deyə şübhələndim, amma çəkməmişdim” dedi. Sözlərinə bu cür davam edən Bordier, "Gördüklərimə inana bilməmişdim. Videodakı qızın üzü mənim idi, saçları mənə bənzəyirdi hətta çilləri belə eyni idi. Amma mən deyildi! Videonu dəfələrlə izlədim, şoka girmişdim. Fərqli ola biləcək şeylər axtardım amma tapa bilmədim” ifadələrini vurğuladı.

    Son olaraq video izlədiyi qızın adının Samantha Futerman olduğunu öyrənən Bordier, onu Facebook-dan taparaq ad gününün və doğum yerinin öz məlumatları ilə eyni olduğunu öyrəndi. Los Angeles-də yaşadığını öyrəndiyi Futerman ilə "Skype"-da danışan Bordier, üz ifadələrinə qədər eyni olduğunu anladıqda "Bu qız həqiqətən mənim əkizimdir." deyib.
    İllər sonar bir-birlərini tapan tək yumurta əkizləri, bu hadisəni "Twinster” adında bir sənədli film çəkərək insanlarla paylaşmağa qərar veriblər.
    Linki kopyala