Facebook\'un qurucusu Mark Zuckerberg\'in Acura TSX də daxil olmaqla bir neçə maşını var. Lakin ata Markın sevimli avtomobili 1.3 milyon dollar dəyərə sahib olan İtalyan Pegani Huayra.

Apple-ın CEO\'su Tim Cook\'un avtomobili Porsche Boxster idi. Lakin indi iş adamı BMW-nin 5-ci seriyasından istifadə edir.
Tesla-nın CEO\'su Elon Musk bir tətəfdən elektrikli avtomobilləri inkişaf etdirməyə çalışarkən eyni zamanda Jaguarın 67 seriyası olan E-Type istifadə edir.
Microsoftun əfsanəsi Bill Gates\'in Porsche həvəskarı olduğunu hamımız bilirik. Modellər arasında Billin ən sevdiyi isə 13 il əvvəl aldığı Porsche 959-dur.
Amazonun qurucusu Jeff Bezos hələ də 1996-cı il model Honda Accordu istifadə edir ki, bu gün həmin maşının qiyməti 4 min dollardır.
Snapchat CEO\'su Evan Spiegel lüks avtomobilləri sevir. İstifadə etdiyi maşın isə Ferraridir. Modeli isə bəlli deyil.
Google\'un ortaq qurucusu Sergey Brin Tesla heyranıdır və Tesla Model X\'ə sahibdir.
Google\'un digər ortağı Larry Page də həmkarı kimi Tesla istifadə edir. Page həm də Elon Musk ilə Teslanın investorlarından biridir.
Oracle CEO\'su Larry Ellison Lexus LFA heyranıdır.
Dell CEO\'su Michael Dell-in Hummer H2-dən əlavə Porsche Carreara-ı var.
Uber CEO\'su Travis Kalanick\'in avtomobili yoxdur. Maşın lazım olanda Uber-dən istifaə edir.