Çərçivəsiz telefonlara bir yenisi daha əlavə olundu!
Elm & Texnologiya
07.05.2017
Farid Pardashunas
Son dövrdə bir xeyli artan çərçivəsiz ağıllı telefonlara bir yenisi daha əlavə olundu. Çinli firma Maze-in yeni ağıllı telefonu Alpha rəsmi olaraq təqdim olundu.
Şübhəsiz ki,
bu ilin xüsusi ağıllı telefon trendlərindən biri çərçivəsiz ağıllı telefonlar
olacaq. Ötən ilin sonu Xiaomi Mi Mix ilə alovlanan bu axımın, bu il bir çox fərqli
ağıllı telefon istehsalçısı tərəfindən izlənilməsi gözlənilir.
Qarşıdakı
günlərdə təqdim olunacaq Galaxy S8 və S8
Plus modellərinin yanında, Çinin bəzi xüsusi istehsalçıları da bu xüsusiyyəti
ilə diqqət çəkən telefonlar təqdim edəcək.
Yeni çərçivəsiz Telefon: Maze Alpha
Çinin ağıllı
telefon istehsalçılarından biri olan Maze, iki arxa kamera və çərçivəsiz
quruluşu ilə diqqət çəkən yeni ağıllı telefonu Maze Alpha-yı təqdim etdi.
Telefonun
bütün texniki xüsusiyyətləri hələ açıqlanmayıb. 6 inç ekran ölçüsünə sahib
olduğu ifadə edilən telefon, Corning Gorilla Glass 4 ilə qorunur. Android 7.0
Nougat əməliyyat sistemiylə işləyən cihaz, iki arxa kamera təqdim edir.
Telefonun
prosessor, RAM və daxili yaddaş saxlama kimi digər texniki xüsusiyyətləri isə
qarşıdakı günlərdə açıqlanacaq. Əlavə olaraq telefonun qiyməti də yenə
qarşıdakı günlərdə bilinəcək.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
WhatsApp-da AirDrop analoqu istifadəyə veriləcək
Galaxy C seriyası geri qayıtdı: Samsung Galaxy C55 5G smartfonu təqdim edilib - QİYMƏTİ