main-post-cover

    Charlie Sheen-də QİÇS xəstəliyi aşkarlanıb

    07.05.2017
    Farid Pardashunas
    Məşhur Hollywood ulduzu Charlie Sheen QİÇS xəstəliyindən əziyyət çəkir. Məlumata görə o NBC kanalının "Today" verlişində iştirak edərək bu barədə özü rəsmi məlumat verəcək. Hollywood-un məşhur krizis menecerlərindən biri Howard Bregman-ın sözlərinə görə aktyorun təmsilçiləri ona yarım il bundan əvvəl məsləhətləşmək üçün müraciət ediblər. 
    "Planlaşdırılan müsahibə əsnasında böyük ehtimal ilə izləyicilərin aktyora qarşı halları yanacaq. Bundan əlavə aktyor bu cür hallarda ola biləcək məhkəmələrdən də qorxmalıdır" - deyə Bregman bildirib. Həmçinin Bregman bildirib ki, Charlie Sheen bu cür hallarda lazım ola biləcək bütün tibbi köməkliyi alır. Aktyora bu diaqnozun nə vaxt qoyulduğunu isə Bregman tam dəqiq bildirməyib. Qeyd edək ki, aktyorun adı çox hallarda məhkəmələrdə, polis bölmələrində hallanıb. Vaxtı ikən televiziya sahəsində ən çox qonorar almış aktyor sayılan Charlie Sheen bir çox televiziya prodüsserləri ilə münaqişədə olub. Son illərdə isə o yalnız epizodik rollarda böyük ekranlarda görünürdü.
    Linki kopyala