
Chevrolet öz yeni elektrikli maşını Bolt ilə yenə səs salacağa bənzəyir. Chevrolet şirkətinin dediyinə görə maşın gələn il satışa buraxılacaq, və maşının qiyməti 30000 dollara yaxın olacaq. Bu sizə çoxmuş kimi görünə bilər, ancaq elektrikli maşın sənayesində ən qabaqcıl markalardan olan Tesla-nın son modeli Tesla Model S-in qiymətinin yarısı qədərdir.
Maşının belə ucuz olmağı maın haqqındaki tək yaxşı şey deyil. Beləki, aparılan testlərin nəticələrinə görə maşın tək bir dolu batareya ilə 200 Mil (321 Kilometr) məsafə qət edə bilir. Halbuki bundan 2 dəfə baha olan Tesla S modeli bundan azacıq daha çox məsafə qət edə bilməyə malikdir.
HTC Bolt rəsmi olaraq təqdim olundu
Bunun çox uzun məsafələr qət etmək üçün bəs etməyəcəyini bilirik, ancaq onu da qeyd edək ki gələcəkdə elektrikli maşınlar daha da məşhurlaşdıqca benzin doldurma stansiyalarına elektrikli maşınların batareyalarını doldurmaq üçün xüsusi qurğular yeləşdiriləcək. Maşının batareyasını adi ev rozetkasında da doldurmaq mümkündür. Chevrolet-in dediyinə görə batareyanı 45 dəqiqəyə 80%-ə kimi doldurmaq mümkündür. Təbiiki bu benzini doldurmaqdan çox daha uzun çəkir, amma elektrikin benzindən nə qədər ucuz olduğunu nəzrə alsaq bu müddətə dözmək olar.