main-post-cover

    Chris Hemsworth "Ghost Busters 3" filmində rol alacaq

    Digər
    07.05.2017
    Farid Pardashunas
    Rejissor Paul Feig öz twitter səhifəsində bildirib ki, "Ghost Busters 3" filminin aktyorlar siyahısına Chris Hemsworth qoşulub. Feig-in sözlərinə görə Chris ruh ovçularının katibi rolunda çıxış edəcək. Qeyd edək ki, bu dəfə ruh ovçularını Melissa McCarthy, Kristen Wiig, Kate McKinnon və Leslie Jones canlandıracaqlar. Film seriyasının keçmiş hissələrində katibə obrazını Annie Potts canlandırmışdır. Chris Hemsworth isə bu barədə hələki heç bir fikir bildirməyib.
    Qeyd edək ki, bir neçə vaxt bundan qabaq hakerlər tərəfindən Sony Pictures studiyasının məlumatları əldə edilmişdir. Həmin məlumatlarda bildirilmişdir ki, studiyanın yeni direktoru Thomas Rothman filmin büdcəsinin azaldılmasını tələb etmişdir. Vaxtı ikən studiyanın keçmiş direktoru Amy Pascal film üçün 169 milyon dollarlıq büdcəni təsdiq etmişdir. Bu vəsaitin tək 14 milyonu Melissa McCarthy-ə veriləcəkdi. Bütün bunlara baxmayaraq Rothman büdcəni 154 milyon dollara endirməyi tələb edib. 
    Güman olunur ki,"Ghost Busters 3" filminin çəkilişləri bu ilin yay fəslinin ortalarında start götürəcək. Filmin premyerası isə 22 İyul 2016-cı il tarixinə planlaşdırılır. Bununla əlaqədar olaraq yaxın zamanlarda filmdə rol alacaq bütün aktyor və aktrisaların siyahısı açıqlanmalıdır. Film uğurlu olarsa Paul Feig məşhur film seriyasının davamını çəkməyə razılıq verəcək.
    Linki kopyala