main-post-cover

    Chris Pratt yeni fantastik filmdə

    Digər
    07.05.2017
    Farid Pardashunas
    "Jurassic World" filminin uğurundan sonra aktyor Chris Prattın iştirak edəcəyi filmlər getdikcə artır. Sony Pictures studiyasının baş direktoru Tom Rothman aktyorun iştirakı ilə çəkilməsi planlaşdırılan "Passengers" filmini təsdiqləyib. Gözlənildiyi kimi Chris Prattın alacağı vəsait 10 milyondan 12 milyona qalxıb. Jennifer Lawrence isə 20 milyonluq vəsaitdən əlavə filmin uğurlu olacağı halda gəlirdən faiz də əldə edəcək. Çəkilişlərin 2015-ci ilin sentyabr ayının əvvəlində başlayacağı gözlənilir. Filmin istehsal büdcəsi isə 150 milyondan 120 milyona endirilib. Yeni filmin rejissoru Morten Tyldum olacaq.
    Qeyd edək ki, ssenariyə əsasən hadisələr uzunmüddətli uçuşa çıxmış kosmik gəmidə baş verəcək. Kosmik gəmidəki bütün insanlar kriogen kamerada yatmış vəziyyətdə olacaqlar. Lakin onlardan biri uçuşun başa çatmasına 90 il qalmış öz kriogen kamerasında yuxudan oyanır. O başa düşür ki, yenidən kriogen kamerada yuxuya getmək imkanı yoxdur. Həmdəki 90 ili tək-tənha keçirtmək yaxşı fikir deyil. Beləliklə o kriogen kamerada yatanlardan birini oyadır.
    Filmin ssenarisi 2010-cu ildən bəri hazırlanır. "Passengers" filminin premyerası gələn ilə gözlənilir.
    Linki kopyala