main-post-cover

    Christopher Lee dünyasını dəyişib

    Digər
    07.05.2017
    Farid Pardashunas
    94 yaşlı məşhur britaniyalı aktyor Christopher Lee London-da vəfat edib. Verilən məlumata görə aktyor London şəhərində yerləşən xəstəxanaların birində 7 İyul tarixində dünyasını dəyişib. Qeyd edək ki, Christopher Lee respirator infeksiyası adlanan xəstəlikdən əziyyət çəkirdi. Aktyorun həyat yoldaşı ölüm haqqında xəbəri mətbuata həmin gün bildirməməyi qərara alıb. O ilk öncə bu xəbəri aktyorun yaxınlarına bildirib. 
    Christopher Lee 27 May 1922-ci ildə anadan olmuşdur. İkinci dünya müharibəsi zamanı o Böyük Britaniyanın hava qüvvələrində, müharibədən sonra isə Britaniya kəşfiyyatında xidmət etmişdir. 1947-ci ildə Christopher Lee aktyorluq məktəbinə daxil olaraq bir çox filmlərdə epizodik rolları canlandırmışdır. Lakin aktyora əsl məşhurluğu keçən əsrin 50-ci illərində Hammer studiyası tərəfindən istehsal olunmuş horror janrlı filmlərdə canlandırdığı rollar gətirmişdir. Həmin illərdə onun canlandırdığı ən məşhur obraz Drakula rolu olmuşdur. Ümumilikdə aktyor 200-ə yaxın filmdə rol alaraq bir çox məşhur mənfi obrazları canlandırıb. Onlara misal olaraq "Star Wars" film seriyasındakı Dooku (Darth Tyranius) və "The Lord of the Rings" film seriyasındakı Saruman obrazlarını gətirmək olaraq. "Hobbit" seriyalarında aktyorun canlandırdığı Saruman obrazı onun film aləmində sonuncu işlərindən biri sayılır. 
    Linki kopyala