Christopher Nolan-ın yeni filmi Dunkirk in tam versiyalı ilk traileri

08.05.2017 0 PAYLAŞIM 5315 OXUNMA
TECHNOTE @technote TECHNOTE logo icon

Rejissoru Christopher Nolan-ın olduğu film, İkinci Dünya Müharibəsi çərçivəsində həyata keçirilmiş ən irimiqyaslı hərbi əməliyyatlardan biri olan "Dunkirk” zamanı 300.000 əsgərin necə xilas olduğundan bəhs edəcək. Britaniya əsgərləri ilə ittifaq qoşunları tələyə düşərək düşmənlə amansız döyüş aparmalı olacaqlar. Filmdə baş rolları Tom Hardy, Cillian Murphy, Mark Rylance, Kenneth Branagh, Harry Styles və digərləri canlandırıblar.  "Dunkirk” filminin premyerası 2017-ci ilin İyul ayında baş tutacaq.