main-post-cover

    Christopher Nolan-ın yeni filminin mövzusu bəlli olub

    Digər
    07.05.2017
    Farid Pardashunas
    Christopher Nolan Warner Bros. şirkəti ilə əməkdaşlığını davam etdirəcək. Bu əməkdaşlıq nəticəsində məşhur rejissorun yeni filmi İkinci dünya müharibəsi-nin irimiqyaslı hərbi missiyalarından biri olmuş "Dunkirk"-ə həsr olunacaq. Hələki film sadəcə olaraq "Dunkirk" adlanır. Qeyd edək ki, Majino xəttini yarıb keçmiş alman qoşunu Britaniya ekspedisiya korpusunu, Belçika ordusunun bir hissəsini və Dünkerk şəhərində Fransa-ya aid bəzi hissələri blokadaya almışdır. Müttəfiq qoşunların müqaviməti nəticəsində alman qoşunlarının irəliləyişi dayandırılmışdır. Bundan istifadə etmiş Britaniya hökuməti evakuasiya missiyasına start vermişdir. Bu missiyada nəinki hərbi gəmilər hətda ticarət və yük gəmiləri də iştirak etmişdilər. Nəticədə 330.000 müttəfiq qoşun əsgərləri İngiltərə ərazisinə göndərildi. Sonunda Böyük Britaniya-nın daimi ordusu xilas olmuşdur. Ənənəyə sadiq qalaraq Nolan bütün irimiqyaslı səhnələri IMAX 65mm formatında çəkəcək. Filmdə baş rolları Tom Hardy, Kenneth Branagh və Mark Rylance canlandıra bilərlər. Premyera 21 İyul 2017-ci ilə planlaşdırılır.
    Linki kopyala