main-post-cover

    Chrome istifadəçilərinə bəd xəbər

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas

    Chrome istifadəçilərini böyük dəyişikliklər gözləyir. Bu ilin sonuna kimi brauzer artıq Flash formatdan imtina edərək HTML5 formatına keçid edəcək.

    Daha bir yenilik ondan ibarətdir ki, "Google” şirkəti brauzer üçün nəzərdə tutulmuş Google Web Store tətbiqlərindən imtina edəcək. Hal hazırda Chrome Web Store-da təqdim olunmuş "tətbiq”lərin çox hissəsi ya digər saytlara olan linklərdən yada ki, veb tətbiqlərdən ibarətdir. "Google” bu cür tətbiqlərlə yanaşı həmdə veb proqramlaşdırma əsasında yaradılmış tam paket tətbiqləri də onlayn mağazaya əlavə etməyə icazə verir. Lakin tam paket tətbiqlər kompüterlərə quraşdırılır və və daha böyük imkanlar təklif edir.
    "Google”un məlumatlarına əsasən həmin paket tətbiqlərdən Windows, Mac və Linux platformalarındakı Chrome istifadəçilərinin yalnız 1%-i aktiv olaraq istifadə edir. Məhz buna görə sözügedən platformalardan Chrome üçün nəzərdə tutulmuş tətbiqlərdən imtina etmək qərarı qəbul edilib. Tətbiqlər Chrome-dan bir neçə mərhələdə pozulacaq.
    - 2016-cı ilin sonundan başlayaraq Chrome üçün tətbiqlər yalnız Chrome OS-də dəstəklənəcək. Windows, Mac və Linux-da hal hazırki tətbiqlər çalışacaq
    2017-ci ilin ikinci yarısından başlayaraq Windows, Mac və Linux-da Chrome Web Store işarəsi əks olunmayacaq
    2018-ci ildən isə bu platformalar üçün Chrome tətbiqləri aktiv olmayacaq.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər