main-post-cover

    Chrome OS yaxında bütün Android proqramlarını istifadəçilərə təqdim edəcək

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas

    Google’ın iki önəmli əməliyyat sistemi olan Chrome OS və Android yaxında daha çox yaxınlaşacaq.

    Bir Reddit istifadəçi tərəfindən ortaya çıxan məlumata görə Chrome OS istifadəçiləri yaxında Google Play Store’daki Android proqramlarının bir çoxunu istifadə edə biləcəklər. Chrome OS’nin 51. versiyası üzərində işləyən Chromebook’ların tənzimləmələr menyusunda bir anda görünüb itən "Chromebook’unuzda Android proqramların işləməsini aktivləşdirin” seçimi bu önəmli məlumatın mənbəyidir. Əlavə olaraq Chrome OS qaynaq kodu da yaxında bütün istifadəçilərin milyonlarla Android proqramını əldə edəcəyini göstərir.
    Digər detalların isə May ayında reallaşacaq Google I/O konfransında açıqlanacağı ehtimal olunur.
    Linki kopyala