main-post-cover

    CIA\'nin insanları dəhşətə gətirən proqramı - MKULTRA

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas
     
     Hər birimizin ABŞ-ın əsas orqanlarından biri olan CİA haqqında kifayət qədər məlumatımız var. Bu məlumatı həm oxuduğumuz kitab və məqalələrdən, həm də kino,serial, yaxud sənədli filmlərdən çox vaxt əldə edirik. Filmlərdə çox güman ki, CİA əməliyyatları müxtəlif cür göstərilib və o zaman ağlımızda belə bir sual yaranır. Görəsən bizim bilmədiyimiz hansı proqramlar, proektlər, əməliyyatlar var? Bu gün biz sizə insanları şok edən bir proqram (proekt də adlandırmaq olar) haqqında danışacağıq - MKULTRA!
     
     
     
    İlk öncə niyə bu proqrama zərurət yarandı sualına cavab verək.
     
    Bildiyimiz kimi CİA "Soyuq müharibə" dövründə özünün ən yüksək aktiv fəaliyyət levellərindən birinə çatmışdı. Bunun əsas səbəbi isə SSRİ idi. CİA inanmışdı ki, SSRİ elmin artıq ötəsində olub, bir sıra elmi araşdırmalar edərək nailiyyətlər qazanmışdılar. CİA'ni narahat edən öndə gələn mövzulardan biri insan ağlı və zehninə təsir etmək idi. Qeyd etdiyimiz kimi onlar inanmışdılar ki, SSRİ artıq buna nail olub və buna görə də ciddi addımlar atmağa qərar verilir. Bu istiqamətdə bir sıra aktiv addımlar atılır. Onlardan ən nəhəngi və təəccübləndirən MKULTRA idi.
     
    İndi isə keçək əsas mövzuya. MKULTRA 1953-cü ildə başladılıb. Əsas məqsədi yuxarıda qeyd etdiklərimiz və həmçinin beyinlə bağlı ideyalar yaratmaq və həyata keçirmək idi. Lakin müəyyən səbəblərə görə 1973-cü ildə CİA direktoru Richard Helms tərəfindən ləğv olunub və tələsik, həyəcanlı halda göstəriş verib ki, bütün sənədlər və arxivlər məhv olunsun. ( Ləğv olunmasına səbəblər məqalənin 2-ci hissəsində olacaq). Lakin buna baxmayaraq, təxminən iyirmi min sənəd qorunub saxlanılmışdı və bəziləri 1977 the Freedom of Information Act tərəfindən açıqlanmışdı və gizliliyini itirmişdi.
     


    Artıq bildiyimiz kimi MKULTRA 1953-1973- cü illərdə fəaliyyət göstərib və özündə 80 institut, o cümlədən 44 universitet və kollec, bir sıra hospitalların hissəsini, həmçinin həbsxanaları əhatə edib. 150-ə yaxın gizli əməliyyat dinc əhalinin icazəsi və xəbəri olmadan, onların üzərində aparılıb. Və digər maraqlı fakt odur ki, bütün CİA büdcəsinin 6%-i MKULTRA'ya gedib.
     
    MKULTRA'da qeyd etdiyimiz kimi əsas mövzu beyin kontrolu idi. Bu bir neçə istiqamətdə fəaliyyət göstərirdi.
     
    - "gerçəklik serum"u inkişaf etdirmək. Beləliklə, dustaqlar artıq sirlərini tamam öz iradələri ilə deyəcəkdilər.
     
    - "Subproject 54" proekti ilə yaddaşın bir hissəsinin yaxud tamamilə silinməsi
     
    - Hipnoz, həmçinin bir sıra LSD kimi drug'lardan ( asan başa düşülməsi üçün xüsusi bir dərman fikirləşin) istifadə etməklə davranışlara nəzarət və dəyişilməsi
     
    - Xarici liderlərə qarşı beyin kontrol edici drug'ların işlədilməsi. ( Sənədlərdə məşhur Fidel Castro'nun adı keçir)
     
    - Dustaqlara, əsirlərə qarşı müxtəlif mükəmməl adlandırılan sorğu sisteminin yaradılması
     
    - Xüsusi növ drug'lar yaratmaq, hansı ki, təsir edərkən öz varlığı haqqında heç bir iz qoymur.
     
    Bu proqram vaxtı ABŞ ordusunda maraqlı bir insident yaşanmışdı. ABŞ ordusunda elmi araşdırma aparan birinə gizlincə bu drug'lardan biri verilmişdi. Qısa müddətdə bunu qəbul edən şəxs, ağlını itirərək vəhşicəsinə hərəkət etmiş və qısa müddət içində özünü pəncərədən ataraq intihar etmişdi.
     
    Bu yazdıqlarımız MKULTRA'nın ilk illərdə əsas prioritetləri idi. Sonrakı əsas fokuslanan mövzu mikrodalğalanma radiasiyası ilə beyinə təsir göstərmək idi. Bu barədə məqalənin ikinci hissəsində geniş danışacağıq.
     

    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər